adalet.az header logo
  • Bakı -°C
31 Avqust 2026 18:31
74
İDMAN
A- A+

Cüdo millimiz beynəlxalq turnirdə birinci yeri tutdu

Azərbaycan cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turniri 11 medalla başa vurublar.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

İdmançılar yeddi qızıl, iki gümüş və iki bürünc mükafat qazanıblar. Milli bu nəticə ilə yarışın komanda hesabında birinci yeri tutub.

Böyüklər arasında mübarizə aparan Balabəy Ağayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb. U-16 yaş kateqoriyasında Aqil Nağıyev (55 kq), Hüseyn Şıxəliyev (66 kq) və Məhəmmədəli Mehdi (81 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Daha əvvəl U-18 yaş kateqoriyasında yeniyetmə oğlanlardan ibarət yığma 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medal əldə edib. Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) qızıl, Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medala yiyələniblər.