COVID-19 xəstələrinin karantin nəzarətinə götürülməsi qaydası dəyişdi - Baş nazirdən QƏRAR
“Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”na dəyişiklik edilib.
Adalet.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, həmin qaydaların 4.6-cı bəndi ləğv edilir.
4.6-cı bəndə görə, yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi.
Eyni zamanda qərara əsasən, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Digər Xəbərlər
16 Sentyabr 2026 19:00
Bilik günü Bakı metrosundan istifadə edənlərin sayı açıqlandı
16 Sentyabr 2026 17:44
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
16 Sentyabr 2026 17:10
Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
16 Sentyabr 2026 16:57
“Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
16 Sentyabr 2026 16:37
Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
16 Sentyabr 2026 16:06
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
16 Sentyabr 2026 16:03
Prezidentdən Ülvi Quliyevlə bağlı SƏRƏNCAM
16 Sentyabr 2026 15:05


Bakı -°C

