COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 384 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19311, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41073 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7806235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4570812, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3235423 təşkil edir.
Digər Xəbərlər
27 Aprel 2024 17:15