COP29 zamanı bəzi yollarda məhdudiyyətlər olacaq
COP29 tədbiri zamanı müəyyən yollarda məhdudiyyətlər tətbiq ediləcək. Bu yollarda hərəkətin təhlükəsiz və nizamlı təmin olunması üçün tədbirlər görüləcək.
Adalet.az xəbər verir ki, bu sözləri DİN-in Nəqliyyatı İnellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi, polis polkovniki Namidan Piriyev “COP29 nəqliyyat planının təqdimatına dair” xüsusi brifinqdə söyləyib.
Onun sözlərinə görə, vətəndaşların rahat hərəkət edə bilməsi üçün alternativ yollar təklif ediləcək.
“Həmin istiqamətlərə getməli olanlar isə zəruri hallarda, fəsilələrlə gedə biləcəklər. Məhdudiyyətlərin tətbiq olunduğu yollarda yol hərəkəti qaydalarına uyğun məlumatlandırma işarələri qoyulacaq və ətraflı məlumat rəsmi kanallar vasitəsilə paylaşıldığı üçün şəhərdə hərəkətin dayanıqlılığı qorunacaq. Beləliklə, tədbir dövründə həm yerli sakinlərin, həm də qonaqların rahatlığı maksimum dərəcədə təmin ediləcək”, - deyə Namidan Piriyev əlavə edib.
Digər Xəbərlər
12 Yanvar 2026 10:49
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı xəbərdarlıq
12 Yanvar 2026 08:18
Bakı həftəyə tıxaclarla başladı - SİYAHI
11 Yanvar 2026 17:06
Azərbaycanda bu avtomobillərin qiyməti 3 min artdı - VİDEO
09 Yanvar 2026 14:53


Bakı -°C

