COP29 könüllülərinə təlimlər keçirilib
Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində Dövlət Radiotezliklər İdarəsi (DRİ) və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən radiotezlik sahəsində görüləcək işlərin aparılmasında iştirak edəcək könüllülərə təlimlər keçirilib.
Adalet.az xəbər verir ki, DRİ və İKTA-nın müvafiq rəhbər şəxsləri və aidiyyəti mütəxəssisləri tərəfindən keçirilən təlimlər COP29-un Könüllülər Mərkəzində gün ərzində 2 dəfə növbəli şəkildə təşkil olunub.
Təlim proqramına əsasən, könüllülərə COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda və ətraf ərazilərdə istifadə olunacaq radioelektron vasitələri (REV) və radiotezlik komandası tərəfindən istifadə olunacaq radiomonitorinq avadanlıqları barədə ətraflı məlumat verilib. Eyni zamanda COP29 Radiospektrin idarə edilməsi portalı vasitəsilə müvafiq avadanlıqların qeydiyyatı, etiketlənməsi və bu proseslərin əhəmiyyəti barədə təqdimatlar edilib.
İnteraktiv formada təşkil olunan təlimlərdə könüllülərə COP29 tədbiri üçün akkreditə olunmuş yerli və xarici istifadəçi qrupları tərəfindən məkana gətiriləcək simsiz avadanlıqların qeydiyyatının və etiketlənməsinin yoxlanılması, məlumat mərkəzlərinə yönləndirilməsi və digər proseslərlə bağlı zəruri köməkliyin göstərilməsi üçün lazım olan prosedurlar izah olunub.
Təlim müddətində tədbir zamanı istifadə ediləcək radiomonitorinq avadanlıqlarının iş prinsipi nümayiş etdirilib və könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Keçirilmiş təlimlər könüllülərin bilik və bacarıqlarını artırmaqla yanaşı, müvafiq avadanlıqlara və praktiki işlərə dair daha ətraflı anlayış əldə etmələrində də faydalı olub.
Digər Xəbərlər
14 Mart 2026 19:46
Ramazanın 25-ci günü: dua, imsak və iftar vaxtı...
14 Mart 2026 16:53
Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi
14 Mart 2026 15:29
Pakistanlı diplomat İrandan ölkəmizə təxliyə olundu
13 Mart 2026 19:54
Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
13 Mart 2026 19:01
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək - TƏSDİQLƏNDİ
13 Mart 2026 17:53
Kamran Əliyev ağac əkdi - FOTO
13 Mart 2026 17:36
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
13 Mart 2026 17:12


Bakı -°C

