“CinemaPlus”da Selin Diona həsr olunmuş “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib - VİDEO + FOTO
“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında məşhur kanadalı müğənni Selin Dionun həyat hekayəsindən bəhs edən “Sevgi səsi” filminin nümayişi ilə bağlı tədbir keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdə gənc istedadlı ifaçılar Vlada Axundova və Elvin Novruzov (L'veen) Selin Dionun məşhur mahnılarını canlı ifa ediblər.
Şou-biznes ulduzları, jurnalistlər, bloqerlər və iri qurumların rəhbərləri tədbirdə kinoteatrın qonaqları olublar.
“Beverly Hills” restoranı, “Light in Black” kreativ şirkəti, “Savalan Winery”şirkəti, Red Bull və Sheh su tədbirin təşkilində dəstək göstəriblər.
Filmin yaradıcısı, rejissoru, ssenaristi və baş rolun ifaçısı Valeri Lemersye müğənninin çoxdankı pərəstişkarıdır. Lemersye üçün, onun qəhrəmanının hekayəsi, Dionun özü kimidir. Selin bir çox maneələrə baxmayaraq, pəncərə qırağında ağlamır, hər zaman özü olaraq qalan, güclü və istedadlı qadındır. Sevməyi və sevilməyi bilən böyük bir Kvebek ailəsindən olan sadə bir qız.
Baş rollarda: Valeri Lemersye, Kerol Ueyers və Silven Marsel.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!
Digər Xəbərlər
01 Aprel 2026 10:42
Leyla Əliyevadan Rasim Balayevlə bağlı PAYLAŞIM
31 Mart 2026 17:31
Alim Qasımov Rasim Balayevlə xatirələrindən DANIŞDI
31 Mart 2026 12:11
Xalq artisti: “ Mənim üçün “Nəsimi”, “Babək” indi öldü”
30 Mart 2026 21:10
Rasim Balayevin oğlu atasının ölümündən DANIŞDI
30 Mart 2026 14:30
Rasim Balayev dəfn edildi - YENİLƏNİB
30 Mart 2026 10:37
Rasim Balayevin Alim Qasımovla MÖHTƏŞƏM DUETİ - VİDEO
30 Mart 2026 09:36
“Heç şübhəsiz, Rasim Balayev kinomuz üçün daha böyük obrazlar yarada bilərdi...”
29 Mart 2026 21:40


Bakı -°C

