CinemaPlus “Babylon” filmi ilə 1920-ci illərə geri döndü - VİDEO

“28 Mall” ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında tarixi komediya-dram janrında olan “Babylon” Amerika filminin premyeradan öncə nümayişi keçirilib.
Film 1920-ci illərin sonlarında, Hollivudun səssiz kinodan səsli kinoya keçidi zamanı, bir çox personajların yüksəlişi və enişindən bəhs edir.
Filmin rejissoru və ssenari müəllifi Demyen Şazelldir.
Baş rolları Bred Pitt, Marqo Robbi, Dieqo Kalva, Cin Smart, Covan Adepo və Li Cun Li ifa ediblər.
Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Qonaqlar “S Dizayn” dekorasiya şirkəti tərəfindən yaradılmış 1920-ci illərin sonlarının ab-havasını hiss ediblər. İfaçılar Qorqud və Mado Salih retro mahnıları ilə gecəyə rəng qatıblar. Saksofonçu Emin Kazımzadə gözəl caz melodiyaları ifa edib. “A1” rəqs qrupundan kabare üslubunda parlaq alovlandırıcı şou göstərilib.
Həmçinin tədbirin təşkilinə MADO restoranı, “Astoria Wines Azerbaijan” italyan şirkəti və “ArtEast Group” reklam agentliyi də dəstək olub.
Gecə film nümayişi ilə başa çatıb.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
Digər Xəbərlər

Oqtay Əliyev dəfn olundu - YENİLƏNİB

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Polşanın Varşava Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

“Qapılara papaq atmaq kimi bir adət-ənənə olmayıb...”

Günay Əfəndiyeva Polşaya işgüzar səfər edib

Daha bir aparıcı “Space” TV-ilə sağollaşıb

Xanım İsmayılqızına AĞIR İTKİ

“TÜRKİYƏ UŞAQLARINA SEVGİ İLƏ”adlı beynəlxalq rəsm aksiyasına start verildi
