adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 May 2021 11:05
30746
HADİSƏ

Çində yeddi nəfər qasırğanın qurbanı oldu

Çinin Xubey əyalətinin Uhan şəhərində qasırğa nəticəsində ən azı 6 nəfər həlak olub, 218 insan xəsarət alıb.

Adalet.az xəbər verir ki, qasırğalı küləyin sürəti saniyədə 23,9 metrə çatıb. Qasırğa binalara zərər vurub, ağacları yıxıb.

Qasırğa səbəbindən Tzyansu əyalətində 1 nəfər həlak olub, daha 21 nəfər zərər çəkib.