adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Dekabr 2021 14:54
624
DÜNYA

Cinayətkar “Qarabağ klanı” hədəfdə:  Xocalı qatili, eks nazirin əmlakına həbs...

1 iyul 1962-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olan, ali təhsilini Bakı Ali Ümumqoşun Hərbi Məktəbində başa vuran, tarixə  Xocalı qatili kimi düşən,  2008-ci ilin aprelindən 2016-ci ilin oktyabrınadək    Ermənistanın müdafiə naziri olan Seyran Ohanyan zaman-zaman populist çıxışlarla  Azərbaycanı təhdid edib.

 

Onun”biz istəsək Mingəçevir SES-nı vurarıq” deyərək xalqımızı dəfələrlə hədələmişdi.

 

 Hazırda Ermənistanda “Qarabağ klanı”nın üzvü, parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri olan  sabiq nazir Azərbaycana qarşı qərəzindən əl çəkməyib. Buna baxmayaraq Ermənistanda da sevilməyən eks nazirə qarşı  hücumlar var Məsələn bu ilin noyabrında Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Ovannisyan ölkənin İctimai Televiziyasında Ermənistanın sabiq prezidenti Sərkisyanın hakimiyyətinin (demək, həm də onun hökumətində müdafiə naziri olmuş Ohanyanın) hərbi sahədə yarıtmaz siyasət yürütdüyünü deyib. Həm də konkret faktları açıqlaya biləcəyi təhdidi ilə…Və nəhayət...

 

Adalet.azerməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Seyran Ohanyanın əmlakına həbs qoyub.

Yeri gəlmişkən, 2020-ci ilin oktyabrında Azərbaycan Xocalı soyqırımının əsas iştirakçısı olan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı beynəlxalq axtarışa verib. Azərbaycan Hərbi Prokurorluğunda Ohanyan Seyran Muşeqoviç barəsində Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluq S.Ohanyanın barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə müraciət etmişdi.

 

Növbəti məlumata görə,, Ermənistan Baş Prokurorluğu eks-prezident Serj Sarkisyanın qardaşı Levon Sarkisyan, onun oğlu və qızı, həmçinin, eks-spiker Qalust Saakyanın oğlu Arman Saakyan barədə araşdırma başladıb.

 

Belə görünür ki, əzazil və qaniçənliyi ilə məşhur olan “Qarabağ klanı”nın üzvülərinə artıq sıra gəlib.

 

 Əntiqə Rəşid