Cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı

Martın 31-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarılan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.
Digər Xəbərlər

Narkokuryerliyə cəlb olunan şəxs saxlanıldı - VİDEO

"Soyundurub videoya çəkdilər" - Bakıda kişini oğurlayıb üç gün işgəncə verdilər

Bakıda silah-sursat aşkarlandı

Naxçıvanda evdən 22 mindən çox pul oğurlandı

Bakıda avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO

DTX xaricdə ələ keçirilən terrorçuları Azərbyacana gətirib

12 min manatlıq kommunikasiya naqillərini oğurlayanlar tutuldu
