27 Sentyabr 2025 17:31
112
SİYASƏT

Çili senatoru: Bakıya səfərimin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsidir

Çili Milli Konqresi Senatının İnsan Hüquqları Komitəsinin sədri, Azərbaycan-Çili parlamentlərarası dostluq qrupunun rəhbəri Fransisko Çauhan Azərbaycana səfəri zamanı Bakıda bir sıra məhsuldar görüşlər keçirdiyini qeyd edib.

Adalet.az xəbər verir ki, o, bu bu barədə "X" hesabında yazıb.

"Azərbaycan və Çili arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məqsədilə Xarici İşlər və İqtisadiyyat nazirliklərində, Dövlət Neft Şirkətində, eləcə də Azərbaycan Prezidentinin müşavirləri ilə intensiv görüşlər keçirdim", - o qeyd edib.