08 Avqust 2023 15:32
463
HADİSƏ

Cığatel: "Ürəyim yanır, balam lay- lay" 

Avtomobil qəzasında nəvəsini itirən məşhur şairə Cığatel İsaqızı baş vermiş hadisə ilə bağlı Adalet.az-a açıqlama verib:

"Ürəyim yanır, balam lay-lay. Mənə çox ağırdı. Nəvəmin birini qəzada itirdim. Oğlum da xəstəxanadadı. Əməliyyat olunacaq. Sınıqları var. Məni bağışlayın. Çox danışa bilmirəm."

Qeyd edək ki,hadisə Ələt-Astara magistral yolunda baş berib. Qəza zamanı Qasımov Ayaz Camal ağır xəsarət alaraq, Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu 9 yaşlı Süleyman Qasımov hadisə yerində dünyasını dəyişib. Baş vermiş qəzada Sürücünün azyaşlı qızı Cığatel Qasımova da xəsarət alıb.

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanaların birinə göndərilib.

Əntiqə Kərimzadə