“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu - FOTOLAR
İnnovasiya lideri “Bakcell” Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə keçirilən “İnnovasiyalar və süni intellekt” adlı konfransın əsas tərəfdaşı olub.
Adalet.az xəbər verir ki, konfransda dövlət qurumları, beynəlxalq təşkilatları, yerli və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycanda müxtəlif sənaye sahələrində süni intellekt və innovasiyaların tətbiqlərini müzakirə etmək, dövlət və özəl qurumlar arasında əməkdaşlığı inkişaf etdirmək olub.
“Azərbaycanın süni intellekt hekayəsi – innovasiyaya rəhbərlik edən yerli təşəbbüskarlar” adlı panel müzakirəsində “Bakcell”in baş icraçı direktoru Klaus Müller çıxış edib. O, şirkətin Azərbaycanda telekommunikasiya sahəsində innovasiya və süni intellekt üzrə həyata keçirdiyi yerli və beynəlxalq layihələrdən, eləcə də, “Bakcell”in məhsul və xidmətlərində ən son texnoloji həllərin tətbiq imkanlarından danışıb.
Bundan əlavə, Klaus Müller “İnnovasiya və süni intellektin Azərbaycanın rəqəmsal inkişafına təsiri” adlı dialoq formatında interaktiv fikir mübadiləsində iştirak edib.
“İnnovasiya və süni intellekt “Bakcell”in strateji inkişafının əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən sahələrarası əməkdaşlıq fəaliyyəti və davamlı təşəbbüslər milli innovasiya və texnologiya ekosisteminin gücləndirilməsi üçün vacibdir”,- deyə o vurğulayıb.
“Bakcell” innovasiyalar və süni intellektin tətbiqini strateji prioritet hesab edir və bu sahədə atdığı addımlarla Azərbaycanın innovasiya ekosisteminin dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
07 Oktyabr 2026 12:51
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
06 Oktyabr 2026 16:06
Azercell-in baş icraçı direktoru DCO-nun Baş katibi ilə görüşdü
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41


Bakı -°C

