adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Aprel 2014 14:48
4896
SİYASƏT

CHP-də gərginlik

30mart seçkilərində məğlubiyyətə uğrayan CHP-də daxili gərginlik davam edir. Türkiyə mətbuatınınınyaydığı məlumatına görə, Əminə Ülkər Tarhanın açıqlamasından sonra Nur Serterdə partiyanı tənqid edib. 

İstanbul və Ankaradaməğlub olan partiyanın ustəlik Antaliyada da məğlubiyyətə uğraması partiyadaxilində çiddi müzakirələrə səbəb olub. Bir qrup gənc CHP üzvü seçkilərdəkiuğursuzluğun səbəbinin partiyanın Gülən "camaatı" ilə əməkdaşlığıilə bağlı olduğunu bildirib. CHP-nin uğursuzluğu müzakirə olunub. Və CHP lideriKılıçdaroğluna ağır ittihamlar irəli sürülüb.

Həmin içlasla bağlıİstanbul millət vəkili Nur Serter bunları deyib: "Sarıgülün müvəffəqiyyət qazandığınıdemək mümkün deyil. 18 apreldə seçkilərlə bağlı müzakirələr apardıq.Kılıçdaroğluna seçkilərdəki uğursuzluğu məruzə etdik. Kılıçdaroğlunun FətullahGülən "camaatı" ilə görüşdüyü təəssüratının silinməsinin vacibliyinidedik. CHP-nin bələdiyyə seçkilərindəki uğursuzluğunun bir çox səbəbləri var. CHP özünü xalqa daha yaxşı təqdim etməlidir və etibarlı partiya olduğunugöstərməlidir. CHP-nin Fətullah Gülən "camaatı"ilə əməkdaşlıq etməsitəəssüratı səs itirmək üçün yetərli qədər böyük səbəbdir".