adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
25 Iyul 2020 15:34
118106
LAYİHƏ

Çırpınırdı Qara dəniz

(əvvəli 23 iyul sayımızda)

Şairə altı ay işgəncə verəndənsonra həbsdən buraxmalı olmuşdular; çünki dediyimiz kimi, o vaxtlar Sovetimperiyası hələ bir qədər demokratiya illüziyası yaratmağa çalışır, mütərəqqi bəşəriyyətəhəyasızcasına meydan oxumağa cəsarət etmirdi.

1928-ci ildə Türkiyədəmüsavatçılar tərəfindən nəşr edilən "İstiqlal məcmuəsi"ndə çapedilmiş 16 şeiri Əhməd Cavada həm daxili bir qürur gətirir, həm də onu proletarədəbiyyatşünaslarının kəskin tənqid hədəfinə çevirir. İki il sərasər buhücumlara sinə gərən şair 1930-cu ildə yenidən Gəncəyə getməyə məcbur edilir.Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun türk və rus dilləri kafedrasındamüdir, dosent, sonra isə professor olur, eyni zamanda Gəncə Dram Teatrının ədəbihissə müdiri kimi fəaliyyət göstərir.

Şairin həyatının bu keşməkeşliillərini xarakterizə edən M.Aslan yazır:

"Qorxmurdu. Təmiz əməlindən,sağlam əqidəsindən niyə qorxmalıydı ki?! Amma bir-birinin arxasınca gedər-gəlməzəsürüklədikləri günahsız qurbanlardan yavaş-yavaş sümüyü sancmağa başlamışdı. Ənaçıq əqidə ilə yazdığı şeirlərdə belə amansız bir titrətmə özünü göstərir,misralarına ölüm rəngi çökürdü".

Ancaq hələ 1934-cü il idi vəbolşevizm öz qorxunc sifətini demokratiya maskası altında gizlətmişdi, bumaskanı yırtmaq üçün fürsət gözləyirdi. 1934-cü ildə Əhməd Cavad artıq sənətsevərlərarasında sayılıb-seçilən, hörmət və ehtiramla qarşılanan bir şair idi vəopponentləri tərəfindən nə qədər tənqid olunsa da, həmin il keçirilən AzərbaycanŞura Yazıçılarının Birinci qurultayına onu dəvət etməmək - bütövlükdə ədəbi aləmintəhqir edilməsi demək olardı. Qurultayda Azərbaycan Şura Yazıçılar İttifaqınınüzvü seçilən Əhməd Cavad elə həmin il Azərbaycan Dövlət Nəşriyyatında işləməküçün Bakıya dəvət edilir. Ümumiyyətlə, bu illər onun ədəbi-ictimai fəaliyyətininən qızğın dövrlərindən biri kimi xarakterizə edilə bilər.

Sanki həyatının son illəriolduğunu duyaraq, şair gecə-gündüz yorulmadan çalışır, çıraq sönməzdən əvvəldaha güclü işıqla yandığı kimi, o da özünüdoğma xalqının sənəti və mədəniyyəti yolunda pərvanə kimi yandırır. ƏhmədCavad istedadlı bir tərcüməçi kimi də tanınır. O, dünya ədəbiyyatının şah əsərlərindənolan Şekspirin "Otello" və Şota Rustavelinin "Pələng dərisigeymiş pəhləvan" kimi nəhəng əsərlərini, Puşkinin "Yatmış şahzadəqız" nağılını dilimizə çevirmişdir. Həm də maraqlıdır ki, ŞotaRustavelinin poemasını tərcümə etmək üçün Əhməd Cavad xüsusi olaraq qısa müddətdəgürcü dilini öyrənir, Gürcüstanda iki illik yaradıcılıq ezamiyyəti zamanı məşhurrustavelişünaslarla görüşüb onlardan dəyərli məsləhətlər alır.

Bir çox işıqlı talelərdə özqara, kabus rolunu oynamış Repressiya ƏhmədCavadın taleyi ilə də oyun oynayır. 1937-ci il Şota Rustavelinin "Pələng dərisigeymiş pəhləvan" əsərinin tərcüməsinin əlyazmasına görə hökumət müsabiqəsindəBirinci mükafat verilir. Elə həmin il Əhməd Cavadın bir yaradıcılıq uğuru da ədəbiictimaiyyətə çatır: o, ilk irihəcmli nəsr əsəri olan "Sədəf" romanınıbitirərək müzakirəyə təqdim edir.

Məşum 1937-ci ilin Novruzbayramına az qalmış Əhməd Cavadın başı üstündə ilıq yaz günəşi doğmaq əvəzinə,qurğuşun kimi ağır qış buludları get-gedə qatılaşır, artıq hər şeyi yandırıbkülə döndərən ildırımın çaxacağına heç bir şübhə yeri qalmır. Qəribə haldır ki,düz 12 il əvvəl də martın 21-i ona bayram yox, yas olmuşdu. Rus çarizminin vəerməni şovinizminin başlarına olmazın müsibətlər gətirdiyi qardaş türk xalqınınmüsibətlərini görən şairin təkcə milli hissləri deyil, vətəndaş - şairvicdanının hayqırtısı ucalır:

Vicdan mənə əmr etdi ki,

Belə gündə bayram etmə!

Quran mənə yol göstərir:

Yoxsulları məyus etmə!..

Ancaq bu dəfə şairi bayram etməyəqoymayan səbəb başqa idi. Ona "xalq düşməni" damğası vurub, AzərbaycanŞura Yazıçılar İttifaqından çıxartdılar. Bəzi "qələm yoldaşları" yəqinki, bu "qələbələrini" özləri üçün bayram edirdilər. Əhməd Cavadirsinin tanınmış tədqiqatçılarından biri olan Ə.Saləddin bu hadisəni belə qiymətləndirir:"Yuxarıdan göstəriş beləydi. Ssenari əvvəlcədən hazırlanmışdı,ittihamçılar ayrılmışdı. Məhkəmə "sədri" də, "prokuror" da,"müstəntiq" də, "şahidlər" də, "növbətçiböhtançılar" da hazır idi. Şəxsən mən Əhməd Cavadın üzv olduğu Yazıçılarİttifaqında olan "məhkəməsini" onun DTK-da olan məhkəməsindən daha qərəzkar,daha öldürücü məhkəmə hesab edirəm. Bir şair kimi, sənətkar kimi, söz ustadıkimi Ə.Cavad birinci məhkəmədə daha artıq təhqirlərə məruz qalmışdır. Oradaşairin həmkarları elə sözlər işlətmiş, elə hökmlər vermişlər ki, onlarınistedadına da, təfəkkürünə də, milli heysiyyatına da adamda böyük şübhəyaranır..."

Mart ayının 25-dən işsiz qalan ƏhmədCavadı keçmiş müəllim yoldaşı və amansız əqidə, məslək düşməni, o dövrdə Azərbaycanabaşçılıq edən Mir Cəfər Bağırov həbs etdirməyə tələsmir. Ona daha artıq mənəvi əzabvermək üçün tam yetmiş bir gün intizarda, səksəkədə qoyur, cəmiyyətdən bir növtəcrid edir. Ancaq fiziki reperessiyadan əvvəl psixoloji repressiyaya məruzqalan Ə.Cavad sınmır, hər cür mənəvi-əxlaqi simasını itirmiş qorxunc düşmənqarşısında əyilmir, bir alovlu vətənpərvər, istiqlal şairi kimi şəxsiyyətininucalığını ləyaqətlə qoruyub saxlayır. 1937-ci il iyun ayının dördündə Ə.Cavadınhəbs olunması haqda əmr verilir. Psixoloji gərginliklərdən qurtaran şair bu dəfəhəm də fiziki işgəncələrə məruz qalır və bu əzab-əziyyət oktyabrın 12-nə qədərdavam edir. Oktyabrın 12-dən 13-nə keçən gecə böyük Azərbaycan şairi ƏhmədCavad dünya tarixində ən amansız və qəddar rejimlərdən biri tərəfindən günahsızyerə güllələnir. Ancaq bu barədə heç kim xəbər tutmur, "xalq ataları"şairin ailəsinin də "qeydinə" qalır; həyat yoldaşı Şükriyyə xanımsürgünə göndərilir, böyük oğlu Niyazi həbs edilib, üç aydan sonra buraxılır. O,Azərbaycanda yaşaya bilməyəcəyini görüb Leninqrada qaçır. Şairin o birioğlanlarından Aydın həbsdə idi. Tuqay və Yılmaz isə uşaq evinə verilmişdi.Şairin əsərləri məhv edilir, çapda olanlar isə dayandırılır, evi üç dəfəaxtarılır.

Əhməd Cavadı yetişdirən, görkəmlibir sənətkar, alovlu vətənpərvər, ictimai xadim kimi formalaşdıran və məhv edənmühitlər arasında yerdən göyə qədər fərq vardır. Ancaq bütün bu tarixi-ictimaiproseslər və ideya mübarizələri Əhməd Cavadın görkəmli bir istiqlal şairi kimiyetişərək, əbədiyyət qazanmasına nəinkimane ola bilməmiş, əksinə bəzi hallarda səbəb olmuşlar. Şairin həyat vəyaradıcılığının bu iki dövrü arasındakı fərqi M.Ə.Rəsulzadə çox dəqiq və poetikbir dillə ifadə etmişdir:

"Azərbaycanın həmlələr vəhəyəcanlar tərənnüm edən coşğun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətinfeyizli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələyetərincə faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığıfaciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü.

Əhməd Cavadın taleyi ilə bağlıo dövrün mətbuatını və şairin mühakimə materiallarını Milli TəhlükəsizlikNazirliyinin arxivlərində diqqətlə araşdıran akademik B.Nəbiyev mülahizələrinəobrazlı şəkildə yekun vuraraq yazır:

"Cəlladlar öz qara əməllərinibir qayda olaraq gizlincə icra edir, xalq arasında böyük nüfuza malik olan görkəmlielm, ədəbiyyat və incəsənət xadimlərini xəlvətcə ilim-ilim itirirdilər. Ə.Cavadında başına gələn konkret faciələrdən (nə zaman və harada edam edildiyindən) uzunillər boyu xalqın xəbəri olmamış, yəni onun ömür sapının harada, hansı şəraitdə,nə vaxt və kimin əlilə qırıldığı haqqında ictimaiyyət üçün bir sətir də olsa məlumatdərc edilməmişdi".

Əhməd Cavadın böyük"günahı" kimi onun türk ədəbiyyatı ilə maraqlanması, Türkiyədən gətirilmişkitabları oxuması, Türkiyədə əsər çap etdirməsi qabardılırdı. Kommunistrejiminin Türkiyədən oddan qorxan kimi qorxması, Türkiyə ilə, türkun ədəbiyyatıvə mədəniyyəti ilə azacıq əlaqəsi olan görkəmli ziyalıları hər vasitə ilə təqibvə məhv etməsi bolşevik psixologiyasının, eləcə də o dövrdə Azərbaycanda atoynadan erməni millətçilərinin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilməlidir.Türkə qarşı yönəlmiş bu misli görünməmiş iyrənc hərəkatın ideoloji əsası da işlənibhazırlanmışdı. Uydurma pantürkizm nəzəriyyəsi məhz bu məkrli siyasətin həyatakeçirilməsi üçün nəzəri-ideoloji zəmin rolunu oynayırdı. Xalqın ən görkəmliziyalıları məhz pantürkizm damğası ilə ölümə məhkum edilir, Sibirin buzlu cəhənnəmindəgörünməmiş əzablar içində məhv edilirdilər.

XX əsrdə Azərbaycan ədəbiyyatının,mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir Əhməd Cavadxalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdənbiridir.

Yaradıcılığının və ədəbi-ictimaifəaliyyətinin çiçəkləndiyi, kamillik və müdriklik zirvəsinə qədəm qoyduğu birvaxtda - 45 yaşında Əhməd Cavadın ömür kitabı bağlanır. Ancaq şairin ömrünü şamkimi yandıraraq onun işığında ərsəyə gətir - diyi sənət kitabı həmişə xalqınüzünə açıqdır və bu gün müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, millətimizindünya birliyində layiqli yerini tutması prosesində bizim çağdaşımız kimiyaxından iştirak edir.

Göyərçin Abidqızı

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.