Çində ötən sutka ərzində cəmi 2 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb
Çində ötən sutka ərzində cəmi 2 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.
Adalet.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halı Şandun əyalətində, xaricdən qayıtmış vətəndaşlarda qeydə alınıb.
Bildirilir ki, ötən sutka ərzində 3 nəfərdə simptomsuz koronavirus aşkarlanıb, onlardan biri xaricdən gələn vətəndaşda qeydə alınıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.
Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 min nəfəri ötüb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.
Digər Xəbərlər
04 May 2024 10:00
Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”
03 May 2024 22:32