adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2020 09:52
35387
DÜNYA

Çində ənənəvi it əti festivalı başladı- Vəhşiliyin görüntüsü

Bugün-22 iyun da Çinin cənubunda yerləşən Yulin şəhərində ənənəvi it ətifestivalı keçirilir. Yulinlilər ilin ən uzun gününü qeyd etmək üçün it ətiyedikləri bu festival Çinin özündə də çoxlu müzakirələrə səbəb olub.

Adalet.az xəbər verir ki, Çindəhər il təxminən 10-20 milyon it öldürülür. Yay gün dönümünü qeyd etmək üçün, Yulin şəhərindəkeçirilən İt Əti Festivalında hər il təxminən 10 min it kəsilir. İt ətlərinin sırf bu şəkildə daha ləzzətliolduğuna inanan pekinlilər itləri döymək, yandırmaq və başqa acı vericiüsullarla öldürürlər və onların ətindən yemək hazırlayıb yeyirlər.

Dahaçox Çinin cənubunda, isti yaz günlərində yeyilən it ətinin bədən üçün yaxşı təsiredəcəyinə inanırlar.


Deyilənə görə, ötən illərdə Tianjindənolan bir yaşlı məktəb müəllimi onlarla itin həyatını xilas etmək üçün onlarıaldığı ücün xəbərbaşlıqlarına düşüb.

Festival,son illərdə heyvan haqları müdafiəçilərinin sosial mediada etdikləripaylaşımlar və online imzatoplama kampaniyalarında tənqid edilir. Yerliaktivistlər itlərin satıldığı mağazalarda və heyvanların kəsim məntəqələriqarşısında etiraz aksiyaları keçirirlər. Etirazlara baxmayaraq yulinlilər özfestivallarını hər il təmtəraqla keçirirlər.

Əntiqə Rəşid