adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Avqust 2019 16:16
31673
ƏDƏBİYYAT

ÇİNAR VƏ BULAĞIN FACİƏSİ

Kəndimizdə birçinar var idi – "Qoca Çinar”. Yaşı bilinmirdi. Ta qədim zamanlarda əkilmişdi. "Qoca Çinar” çoxəzəmətli idi. Uca zirvəsinə baxdıqca adamın başı fırlanır, gözüqaralırdı. Yolunu bu yerlərdən salanlar, əkin əkənlər, biçin biçənlər, çox işləyibyorulanlar çinarın kölgəsində oturub dincələrdi. Külək əstikcə yamyaşılyarpaqları nəğmələr ötür, sanki çobanın tütəyinin səsinə səs verirdi.

Əzəmətli çinarın altında sərin bir bulaqçağlayırdı. Bulağın ətrafını çaylaq daşı ilə hörmüşdülər. Çinarın kölgəsinəyığışan hər kəs ovuclarını bulağın suyu ilə doldurub doyunca içər, əl-üzləriniyuyub sərinlik tapardılar.Evlərinəsəhənglərdə su aparmağa gələn qızlar-gəlinlər bulağın başıında oturub həzin-həzinmahnı oxuyardılar.

Kənd əhalisi, həmçinin yoldan ötüb çinarın kölgəsindədincələnlər "Qoca Çinar”ı əkənə rəhmət oxuyarlardı. Beləcə günlər keçir, "QocaÇinar”ın kölgəsindən, "Ana Bulağ”ın sərin suyundan insanlar faydalanır, bununlada, sanki çinar və bulaq xoşbəxt olurdular.

Lakin bir gün...

Bir gün çinar və bulağın başını qara buludlar aldı.Kəndin yeni rəhbəri kənd zəhmətkeşlərini yanına yığıb dedi ki, kəndə yeni yol çəkməklazımdır. Kəndimizin yaxınlığında olan bir çox kəndə yeni yol çəkilib. Yol mədəniyyətdir!Bizdə niyə olmasın?! Kəndin yolu demək olar ki, yox idi. Şəhərə getmək üçün hərkəs çox əziyyət çəkirdi. Hamı sevindi. Yeni sədrə "Əhsən” dedilər.

Sədrin qərarından sonra mühəndislər yolu ölçüb-biçməyəbaşladılar. Dedilər ki, ancaq bir çətinlik var: "Çinar kəsilməli, bulaqsökülməlidir"

Kənd sakinləribuna çox təəccübləndilər. Neçə yüzillər boyu bu kəndə faydası dəymiş "QocaÇinarı” kəsmək, "Ana Bulağı” sökmək istəyirdilər. İndi onların tək ümidi sədrəqalmışdı. Əgər sədr "yox" desə, yol başqa tərəfdən çəkiləcəkdi. Hamısədrin nə deyəcəyini səbrsizliklə gözləyirdi. Sədr belə dedi: " Kəsingetsin, çinarı! Meyvəsi yox, barı yox, kimə lazımdır? Bulaq da lazım deyil,sökün! Yol bizim üçün daha önəmlidir.”

Hamının gözü doldu, içlərində ağladılar. Bu sözlərləheç kim razılaşmadı."Qoca Çinar” da eşitmişdi, istədi desin, bu kənd üçün nələretdiyini, amma dili yox idi danışsın.

Göy guruldadı, şimşək çaxdı. Buludlar da bu fəlakətərazı olmamışdı. Cavan sədr isə sözündən dönmədi.

Kəndinağsaqqalları işə qarışdı. Çinarın, Bulağın kəndə faydalarından, onların kəndlilərinqəlbindəki yerindən danışdılar.

Hamı düşünmüşdü ki, sədr bu əməlindən vaz keçəcək,qansız sədr isə tam tərsini etdi, mühəndislərə "elə bu dəqiqə kəsin"dedi.

Neçə yüzillər yaşamış çinar kəsildi, əzəmətli çinarınyalnızca kötüyü qaldı. "Ana Bulağ”ın isə daşları yola atıldı, beləcə tarix yeniyolun altında qaldı.