adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Iyul 2020 18:16
50506
ƏDƏBİYYAT

"Çiçəklər Günəşi, ağaclar suyu, dəniz Ay işığını duyan kimi..."

Şair, nasir Azər Abdullanınyaradıcılığına olan marağımın əsas səbəbkarı atam tərcüməçi Natiq Səfərov olub;Azər müəllimlə uzun illərə söykənən dostluq münasibətləri vardı. Hər ikisi70-ci illərdə yeni ədəbiyyat təfəkkürünün formalaşmasında rol oynamışdılar.

Sonra Azər Abdullanı "Qəmərlidənkeçən qatar" povestiylə, "Əsgər poeması"yla, publisistik məqalələrilədaha yaxından tanıdım.

Və nəhayət, bu günlərdə çapdançıxan "Çat" kitabı Azər müəllimin yaradıcılığına hərtərəfli bələdolmaq imkanı verdi. Kitabda "Çat" romanı, hekayə və esselərtoplanıb.

Azər Abdullanın maraqlı təhkiyəüslubu var, nəsr dili zəngindir. Sözlər sanki anidən yaranmır, qatdan-qatakeçdikcə dəyişir, püxtələşir və romanda öz yerini tapır. Azər Abdullanın nəsrdili yeni ədəbi nəslə örnək rolunu oynaya bilər.

Azər Abdullanın həqiqətaxtarışları əsərlərindən ana xətt kimi keçir. Yazıçı demək olar ki, bütün qəhrəmanlarınınqarşısına mənəvi tələblər qoyur. Bu qəhrəmanlar ya haqq-ədalətin carçısınaçevrilir, ya da məğlub olurlar.

"Çat" əsəri mənəviproblemləri əks etdirir. Əslində roman üç adda təqdim olunub: "Çat","Üç Əbülfəz" və "Allahla qayıdış". Sanki əsər hər bir adla yenidən doğulur vəikinci, üçüncü həyatını yaşayır.

Personajlarının taleyiləqaynayıb-qarışan müəllif hər bir qəhrəmana müəyyən qədər baş qəhrəman olmaqhüququnu verir. Romanın əsas qəhrəmanlarındanbiri Azaddır.

Azad özgür ruhlu bir adamdır,insanlar haqqında öz qənaəti var, əksəriyyətin dediyi fikirlərin arasında əndolğun fikri arayır və o doğru fikir minlərlə yanlış, ya ziddiyyətli düşüncənin təzyiqi altında əzilsəbelə, onu üzə çıxarmaq üçün əlindən gələni edir.

Əsər onun "Əbülfəz"adının etimologiyasını axtarması ilə başlayır. "Əbülfəz-Fəzlin atası; Fəzli:Alimlərə yaraşan yetkinlik, kamal; iman, comərdlik, ehsan, kərəm, mərifət,üstünlük, hünər... ". Bəlkə də hər şey bu adda gizlidir- "Əbülfəz"adı bütün bu keyfiyyətləri özündə ehtiva edir.

Əsərin digər qəhrəmanıRabildir; Azadla Rabil bir-birlərinə əks adamlardır, xarakterləri, dünyagörüşləri,həyat tərzləri ayrıdır. Amma onları birməqsəd birləşdirir. Hər ikisi Əbülfəz müəllimin bəraət almasını istəyir.

Məsələ doğrudan da qəlizdir,1989-cu ilin avqust ayının 31-də politexnik institutunun dosenti Əbülfəz müəllimiki kafedra müdirinə və prorektora silahdan atəş açır.

Durğunluq dövründə bomba kimipartlayan bu hadisə jurnalist Azadın diqqətini cəlb edir və o araşdırmağabaşlayır.



Məlum olur ki, Əbülfəz müəllimbu illər ərzində mərd və ədalətli adam kimi tanınıb. Amma son illərdə ona qarşıolan təzyiqlər kritik həddə çatıb. Məsələ burasındadır ki, ədalətpərvər müəllimcəmiyyətə qarşı savaş "elan edib".O, sovet dövrünün son mərhələsinin yaşandığı bu dövrdə, korrupsiyaböhranının sardığı cəmiyyətin "normaları" ilə barışmaq istəmir. Təkqalıb haqqını müdafiə etməyə də gücü yetmir. İnstitut müəllimlərinin kurort vəsanatoriyalarda dincəldiyi vaxtda o evdə əsəb xəstəliyi keçirir, təhsilocağında baş verənlər onun psixikasını zədələyir.

Əbülfəz müəllimlə jurnalistinmükaliməsi qəhrəmanın psixologiyasının bilinməyən tərəflərini açmağa xidmətedir. Azər Abdulla qəhrəmanının qarşısına Dostoyevski kimi suallar qoyur. Əbülfəzmüəllimin teoriyası Raskolnikovu xatırladır. Raskolnikov düşünürdü ki, xüsusiadamlar ümumi qanunlarla yaşaya bilməzlər, "yaxşı" məqsədləri yerinəyetirmək naminə cinayət törətmək hüququna malikdirlər.

Əbülfəz müəllim Eynşteynin məşhur"nəticə etibarilə hər şey baxışdan, nöqteyi-nəzərdən asılıdır" kəlamınasöykənərək günahkar olub-olmaması barədə ziddiyyətli və bir-birini inkar edənfikirlərin olacağını ehtimal edir. Və o düşünür ki, insanların kəşf və icadetdikləri qanunlara əsasən onun əməlinə qiymət vermək mümkünsüzdür.

"Əsl mutləq məna hər şeyiyaradan, onlara məna verən Allahda, onun varlıgındadir",-deyir bir məqamdaƏbülfəz müəllim.

Amma Əbülfəz müəllimRaskolnikov kimi özünü təmizə çıxarmaq fikrində deyil. O, intihar etmək istəyir,amma son anda fkrindən daşınıb özünü polisə təslim edir.

Amma quruluşun ona verdiyiazadlıq payına qane olmayan adam həbsxana barmaqlıqları arxasında necə yaşayabilər?

Əbülfəz müəllimin ölümündənsonra da Azad onun bəraət alması üçün mübarizə aparmaqdan vaz keçmir. Bəlkə dətəmiz, ideal insanlar haqqında düşüncəsinin "çat verməsini" istəmir.

Romanın qəhrəmanlarından biri QərbiAzərbaycanda güzəran keçirən Balacadır. O Balaca ki, "İlan əhvalatı"ylaməşhurdur. Romanda Balacanın başına gələn əhvalatlar Qərbi Azərbaycanla bağlıçox düyünləri açmaqda kömək edir.

Buəhvalatları oxuduqca düşünürəm ki, bəlkə də qəhrəmanın adı ona görə"Balaca"dır ki, oxucu sözün zahirinə aldanmayıb onun alt qatında olanmənaları görə bilsin. Və oxucu qarışqaya belə qıymayan Balacanın adı iləuyuşmayan böyük ürəyini, zəhmətkeşliyini, insanpərvərliyini görüb duya bilir.

QərbiAzərbaycanla bağlı söyləmələri oxuduqca, görkəmli tarixçi İsrafil Məmmədovunsöhbətlərini xatırlayıram. Qərbi Azərbaycanın mənəvi yatırına dərindən bələdolan İsrafil müəllimlə 90-cı illərdə Azərbaycan Radiosunda silsilə proqramlarhazırlamışdıq. Qərbi Azərbaycandakı türk nişanələrindən soraq verən memarlıqabidələrindən həm qürur hissilə, həm də hüznlə söhbət açırdı İsrafil müəllim.O, daş yaddaşımızın hər qarışına bələd idi, sanki danışdıqca əllərini odaşların üzərində gəzdirirdi.

İsrafilmüəllim özünü o tarixə həsr etmişdi, sanki o tarixlə birgə nəfəs alırdı,zamandan- zamana adlamağa qürbət hissi əngəl olurdu.

İsrafilmüəllim 2019-ci ildə dünyasını dəyişəndə, sanki o tarixin böyük bir parçasını,canlı yaddaşını itirdik. İsrafil müəllimin yoxluğunu Azər Abdulla ölçüyəgəlməzağrıyla yaşadı; İsrafil müəllim Azər Abdullanın doğmaca dayısı idi.

İsrafilmüəllim də, Azər müəllim də Qərbi Azərbaycandakı tariximiz üçün çox böyük işlərgörüblər və yaşarılıq qazanıblar.

Təsadüfideyil ki, "Çat" romanında həm də publisistika işartıları var, buromanda ustad yazıçıların, elm, sənət, fikir adamlarının ruhu yaşayır, onlarınxatirəsinin işığında tarixin, mənəviyyatın "çat vermis" yerlərigörünməz olur.

Realhəyatda tanıdığımız çox insan taleyi isə bədii obraza bürünüb. Məsələn"Yellər" hekayəsindəki Bəyazit müəlimin taleyi kimi...

Zamanınsərt yellərinin əqidəsini dəyişə bilmədiyi Bəyazit müəllimin küləklə savaşı həmmaraqlı metafora, həm də taleyin ironiyasıdır.

Bəyazitmüəllimin taleyi yellərlə çulğalaşır. Yellərlə son görüşü şaxtalı-çovğunlu gecəyətəsadüf edən Bəyazit müəllim beləcə haqqa qovuşur. Amma əsl "həqiqəti" lap sonda öyrənirik:

"Yellərin istəyi o boydauniversitetdə yeganə təmiz qalmış Bəyazit müəllimi çirkaba bulaşmadan budünyadan alnıaçıq aparmaq imiş".

Azər Abdulla yaradıcılığı boyuo insanı axtarır ki, bəlkə də taledən yarımayıb, amma insanlıq belə insanlarınvarlığı üçün qürur duymalıdır. Və nəhayət, öz qəhrəmanını tapanda onu hissəqapılmadan mənfi və müsbət tərəflərilə təqdim edir. Yəqin ki, belə bənzərsizinsanlara hər addımbaşı rast gələ biləcəyimizə bizi inandırmaq istəyir, ya daonları görməyə sövq edir.

Azər müəllim qəhrəmanlarınıntaleyini yarımçıq qoymur, onların taleyini öz taleyi kimi yaşayır, o talelərinqəm yükünü sona kimi özündə daşıyır. Dünyasını dəyişmiş dostlarının tale yükünüürəyində, çiyinlərində daşıdığı kimi...

Bu ilin aprel ayında AzərAbdullanın 80 yaşı oldu. Zamanın qovğalarından alnıaçıq çıxan ustad yazıçı saf,təmiz ideallara inamını itirməyib, hələ də o idealları axtarır və əsərlərindəsevə-sevə vəsf edir.

Və hələ də Sözü "İlk məhəbbət"dətəsvir etdiyi kimi - zərif, incə hisslərlə duyur:

"Çicəklər gunəşi, otlar,agaclar suyu, dəniz Ay işigini duyan kimi...".


Günel Natiq