adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Sentyabr 2019 15:01
42998
ƏDƏBİYYAT

ÇƏTİN SUAL - Selcan Kərimli yazır

Məktəbimizin beşinci sinifində bir-birilə yola getməyəniki uşaq oxuyurdu. Onlar bir məktəbdə, eyni sinifdə oxumalarına baxmayaraq,özünü digərindən üstün tutur, bütün günü dalaşırdılar. Hər tənəffüsdə onlarınmübahisəsi ta müəllimlər otağına qədər gedib çıxırdı. Hər ikisi "mən güclüyəm” deməkdənyorulmur, özünü öyməkdən çəkinmirdi. Sinifyoldaşları onların bu hərəkətindən təngə gəlmişdilər. Hətta bir-iki dəfəuşaqlara davranışlarından bezdiklərini söyləmişdilər, həmin uşaqlar isədalaşmaqdan bezmirdilər ki, bezmirdilər.

Bir günuşaqlar toplaşıb qərara gəldilər ki, sinif yoldaşlarının hərəkətlərindən sinifrəhbərlərinə şikayət etsinlər. Çünki, ancaq müəllimləri uşaqların davasının qarşısınıala bilərdi.

Beləliklə, uşaqlar məktəbin Azərbaycan dili müəllimi Sevda müəlliminyanına getdilər. Uşaqlar bütün əhvalatı müəllimə danışıb kömək istədilər. Müəllimdalaşan uşaqları yanına çağırıb hərəsinə balaca bir qutu verib dedi:

-Bu qutuların hər ikisinin üzərinə eyni hərflər yazılıb - TƏSÇ. Hərflərin mənasınıilk kim tapsa, deməli o daha güclüdür. Ya hərflərin mənasını tapın, ya da məktəbdəmübahisə edib, dərsi pozduğunuza görə valideynlərinizi çağıracam. Hər şeyaydındırsa, gedə bilərsiniz.

Uşaqlar " yaxşı, müəllim” deyib otaqdan çıxdılar.

Çox fikirləşdilər, bir şey tapa bilmədilər. Qutu əllərindəbütün məktəbi gəzdilər. Birinci mərtəbədən dördüncü mərtəbəyə qədər qarşılarınaçıxan hər şagirddən hərflərin mənasını öyrənməyə çalışdılar. Düzgün cavab alabilmədikləri üçün çox dilxor oldular. Məktəbin həyətində yorğun, əldəndüşmüşhalda rastlaşdılar. Biri digərinə dedi:

-Sən bir şey tapa bildin?

O biri cavab verdi:

Yox, heç nə tapa bilmədim. Sən bir şey tapdın?

-Mən də tapmadım. Əgər tapa bilməsək müəllimvalideynlərimizi çağıracaq. Bəlkə gücümüzü birləşdirək?

-Hə, olar. Mənə hərflərin sirri çox maraqlıdır.

-Mənə də maraqlıdır. Onda başlayaq.

Çox fikirləşdikdən sonra axtardıqları cavabıbirlikdə tapdılar. Cavabdan çox təəccübləndilər. Hərflərin sirri isə belə idi: "Təkəldən səs çıxmaz.”