Çavuşoğlu: “Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib”
"Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyi müddətində səyləri nəticəsində bir sıra problemləri həll etmək mümkün oldu".
Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, bunu QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O əlavə edib ki, təşkilat 25 ildir ki, fəaliyyət göstərir və islahatlara ehtiyac duyur:
"Biz bu təşkilata böyük əhəmiyyət veririk. Bu gün biz gələcək fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik. Biz bu təşkilatın fəaliyyətini təkmilləşdirmək üçün əlimizdən gələni edəcəyik”.
M.Çavuşoğlu Azərbaycanı təşkilatda uğurlu sədrliyi münasibətilə təbrik edib.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39