"ChatGPT"də reklamlar olacaq
OpenAI-nin "ChatGPT" tətbiqinin Android beta versiyasında reklam xüsusiyyətlərinə dair kod sətirləri aşkar edilib.
Adalet.az xəbər verir ki, 1.2025.329 beta versiyasında "reklam xüsusiyyəti", "axtarış reklamı" və "bazar məzmunu" qeydləri mövcuddur. Bu, hələ ictimaiyyət üçün əlçatan olmasa da, OpenAI-nin platformada reklam təqdim etməyə hazırlaşdığını göstərir.
Aylar əvvəl "The Information" nəşri OpenAI-nin yaddaş və istifadəçi söhbətlərinə əsaslanan reklamları ChatGPT-də sınaqdan keçirməyi düşündüyünü xəbər vermişdi.
Güman edilir ki, ilkin mərhələdə reklam modulları yalnız axtarış funksiyalarına inteqrasiya olunacaq, lakin gələcəkdə bu, süni intellekt ilə digər qarşılıqlı əlaqə növlərinə də şamil oluna bilər.
Son məlumatlara əsasən, hər həftə təxminən 800 milyon insan "ChatGPT"dən istifadə edir, gündəlik sorğu sayı isə təxminən 2.5 milyarddır. Ən böyük istifadəçi bazasına malik ölkə Hindistandır və o, bu göstəricidə ABŞ-ni geridə qoyub.
Digər Xəbərlər
13 Mart 2026 11:31
Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
11 Mart 2026 10:53
3 minlik "iPhone"nu oğurladı - 25 manata satdı
10 Mart 2026 15:44
Rusiya "Google"u cərimələdi
04 Mart 2026 13:42
Azərbaycanın ən populyar sosial şəbəkələri
04 Mart 2026 11:26
TEXNOLOJİ İNKİŞAFIN VAHİD RƏQƏMSAL ARXİTEKTURA PROBLEMİ
02 Mart 2026 11:27
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
27 Fevral 2026 14:05
Azərbaycanda bütün dövlət xidmətləri "Mygov"la göstəriləcək
27 Fevral 2026 11:39


Bakı -°C

