adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Fevral 2019 10:49
13879
GÜNDƏM

«ÇAR İLƏ PƏNCU ŞEŞ» AFƏTDİ, «RUHANİ» DƏ KƏRAMƏT

Bir xanım Nəsiminin məşhur qəzəlini hindlilərin oynaq birmusiqi sədaları altında oxudu, aləm dəydibir-birinə. Əleyhinə yazmayan qalmadı.Sosial şəbəkələrdə söyməyən, mətbuatda döyməyən qalmadı. Və birdən-birə buqızı elədilər ulduz. Ekranlardan düşmür, müsahibə müsahibə dalınca.Özəl kanallar təkrar-təkrar həmin o yöndəmsizmahnını səsləndirirlər. Əvvəllər toylarda«Çal oynasın Əjdər əmi»yə atılıb-düşürdülər,indi də «Çar ilə pəncu şeş mənəm»ə.Bu xanım tutdurdu.

Və «Gövhəri la məkanmənəm» deyən, «Çar ilə pəncu şeş mənəm» deyənNəsiminin qəzəlini özəlləşdirdi elədi özünün.Dedi gövhəri la məkan da mənəm, çarilə pəncu şeş də mənəm və mən bu cahana sığmazam.Və indi bu cahana da sığmır.

Kəramət Böyükçöl də hardasa qatıqlayıb sazın əleyhinənəsə deyib. Aləm dəyib bir-birinə. Alim qalmayıb, bəstəkar qalmayıb, aşıq qalmayıb…hamı Kəramətə sazın müqəddəsliyi haqqında,tarixi haqqında, kimliyi haqqında həm qəzetlərdə, həm saytlarda, həm də sosial şəbəkələrdədərs deyir. Və onu inandırmağa çalışırlarki, saz möhtəşəm bir alətdi. Kəramətə dəelə bu lazımdı. Kəramət o xanımı yaddançıxartdı.

Kəramətə o yazılarlaheç nəyi sübut eləmək lazım deyil. Tutursan Kəramətinqolundan, gətirirsən Ədalət Dəlidağlının yanına, bir iki yüz qram da girdirmə araq verirsən vurur, sonra Ədalət müəllimdən xahiş edirsən ki, bir «Ruhani» çal. «Ruhani» səslənir, Kəramət də bir-iki dəqiqədən sonra başlayır hönkür-hönkür ağlamağa, sonra da sazı və Ədalətinbarmaqlarını öpə-öpə deyir:

- Bağışla məni, saz. Bir qələtdi eləmişəm də.