adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Mart 2015 16:54
1426
GÜNDƏM

Çanaqqala savaşının 100 illiyi ilə bağlı ədəbi müsabiqə elan olundu

Türkiyə Cümhuriyyəti BakıBöyükelçiliyinin Kültür-Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyi

ŞANLI ÇANAQQALA SAVAŞININ100 İLLİYİ MÜNASİBƏTİ İLƏ ƏDƏBİMÜSABİQƏ

elan edir:

Çanaqqala savaşı mövzusunda şeir, hekayə və məqalə nominasiyalarıüzrə təşkil olunan müsabiqəyə əsərlərin qəbulu 2015-ci il martın 2-dən aprelin14-dək aparılacaq.

Müsabiqəyə əsərlər şərti imza ilə, çap halında 5 nüsxə olmaqla, zərfəqoyularaq təqdim edilməlidir. Üzərində şərti imza yazılmış başqa bir qapalı zərfdəisə müəllif haqında məlumat və şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.

5 nəfərdən ibarət münsiflər heyəti 10 ballıq sistemlə hər nominasiyaüzrə 3, ümumilikdə isə 9 qalib müəyyənləşdirəcək.

Qaliblərin adları bu il aprelin ortalarında – Çanaqqala savaşınınildönümü günlərində Azərbaycan Yazıçılar Birliyində keçiriləcək mərasimdə açıqlanacaq.May ayında qaliblərin Çanaqqalaya səyahət turu təşkil ediləcək. Qalib seçilənəsərlər kitab halında buraxılacaq.

Əsərlər bu ünvana göndərilməlidir:

Az-1000, Bakı, Səbailrayonu, Xaqani küçəsi 53, Аzərbaycan Yazıçılar Birliyi, II мərtəbə. ArzuMahmudova

Telefon: (012) 493 62 35

e-mail: arzu_zohrab@mail.ru