adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Iyun 2019 17:55
18324
ƏDƏBİYYAT

ÇAĞLAYIR İLHAMIN, AY HƏMZƏ QAĞA

RespublikanınƏməkdar jurnalisti, "Qızıl qələm” mükafatı laureatı Həmzə Vəliməmmədovun yenicəişıq üzü görən "Dağdan ağır kişilər” kitabında adlı-sanlı el ağsaqqalları,alimlər, ziyalılar haqqında oçerklər, esselər, yeni nəşr olunmuş əsərlər barədəresenziyalar toplanıb. Dünyasını dəyişmiş kişilər barədə yazılarda arxivmateriallarından, müasirlərinin xatirələrindən istifadə edilib. Kitabdakıyazılar son illər dövri mətbuatda çap olunmuş, respublika radiosundasəslənmişdir.

Əli qələmli ağsaqqal

SeyranCavadovun kitaba yazdığı "Əli qələmli ağsaqqal” sərlövhəli ön söz HəmzəVəliməmmədovun ömür yoluna işıq salır.

HəmzəVəliməmmədov 1938-ci ildə anadan olub. O hələ iki yaşında ikən atası repressiyaqurbanı olduğundan anası hər cür əziyyətə qatlaşaraq onu böyüdüb, oxudub. Lənkəran Pedaqoji Texnikumunda təhsilalan H.Vəliməmmədov ilk əmək fəaliyyətinə dağ kəndində başlayıb, məktəbdirektoru vəzifəsində çalışıb. Pedaqoji fəaliyyətlə yanaşı, "Azərbaycanmüəllimi” və "Azərbaycan gəncləri” qəzetlərində məqalələri çap olunub.

1966-cıildə Lerikdə nəşrə başlayan "Bolluq uğrunda” qəzetinə şöbə müdiri vəzifəsinətəyin olunan Həmzə müəllim o dövrdə həm də Azərinformun (AzərTac) ştatdankənarmüxbiri kimi fəaliyyət göstərib. Sonradan Lerik Rayon Partiya Komitəsinintəqdimatı ilə Bakı Ali Partiya Məktəbində jurnalistika şöbəsini bitirən HəmzəVəliməmmədov bir müddət rayonun partiya və sovet orqanlarında məsul vəzifələrdəçalışıb, 1974-cü ildə isə rayon qəzetinin redaktoru vəzifəsinə irəli çəkilib.Onun rəhbərliyi dövründə rayon qəzeti daha oxunaqlı və məzmunlu olub, tirajıilbəil artıb, 1976-cı ildə isə Respublika Mətbuat Komitəsinin müsabiqəsindəbirinci yeri tutaraq mükafata layiq görülüb. 1985-ci ildə müxbirlərlə kütləviişin təşkilinə görə qəzetə SSRİ Jurnalistlər İttifaqının diplomu verilib.1987-ci ildə isə qəzet Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fəxrifərmanı ilə təltif olunub, Vəliməmmədovun özü isə "Qızıl qələm” media mükafatınalayiq görülüb. 1990-cı ildə kütləvi informasiya vasitələrində çoxillik səmərəlifəaliyyətinə görə ona "Əməkdar jurnalist” fəxri adı verilib.

H.Vəliməmmədov10 il Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsinə də rəhbərlik edib, Rayon Ağsaqqallar Şurasının sədri kimiictimaiyyət arasında böyük nüfuz və qazanıb.

Qırx ilin dostu

Həmzəmüəllimlə dostluğumun tarixi 40 ildən çoxdur. 1978-ci ilin isti avqust günləriidi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini yenicə bitirmişdim.Təyinatım Lerik rayonuna verilmişdi. O vaxt əmim – respublikanın Əməkdarjurnalisti, "Sovet kəndi” qəzetinin şöbə müdiri Məmməd Məmmədovun məsləhəti ilə"Bolluq uğrunda” qəzetinin redaktoru Həmzə Vəliməmmədovun yanına getdim,görüşüb tanış oldum. O, mənə Vistən kənd orta məktəbində işləməyimi məsləhətgördü, bu barədə təhsil şöbəsinin müdirindən xahiş elədi. Ertəsi gün xeyir-duaverib iş yerimə yola saldı. Beləliklə, aramızsa isti münasibət yarandı. Bir ilsonra universitetdə tanış olduğum Şahpəri xanım da ali təhsilini başa vurdu.Evləndik. Ailə vəziyyətimiz nəzərə alınaraq Şahpəri xanımın də Vistənməktəbində işləməsi üçün şərait yaradıldı.

Lerikdəişlədiyim illərdə Həmzə müəllim pedaqoji fəaliyyətimi və bədii yaradıcılığımı daimdiqqət mərkəzində saxlayır, qəzet üçün yazılar yazmağı tapşırırdı. Yaxşıyadımdadır, C.Cabbarlının 80 illik yubileyi ilə bağlı yazı yazmağı da mənətapşırmışdı. Şeirlərimə və publisistik yazılarıma da qəzetinsəhifələrində tez-tez yer verirdi.

Həmzəmüəllim özü də bu dostluğun tarixi barədə yazıb.

Yada düşür xatirələr...

H.Vəliməmmədovbu kitabında haqqında söhbət açdığı kişiləri yaxşı tanıyıb, onlarla duz-çörəkkəsib, dəfələrlə həmsöhbət olub. El-obada adları ehtiramla çəkilən buşəxsiyyətlərin dünyadan köçənləri yad edilir, fəaliyyətdə olanlara ağsaqqalkimi hörmət bəslənilir. Bunların arasında dünya şöhrətli alimlər də var, StalinqraddanBerlinədək savaş meydanlarında şücaət göstərən veteranlar da. Əmək cəbhəsindəqəhrəmanlıq göstərmiş insanlar da var, dövlət qulluğunda, hökumətstrukturlarında çalışıb fərqlənənlər də. İnsan bağbanı olan müəllimlər də var,şəfaverici loğman həkimlər də.

Kitabdabarələrində yazılan dağdan ağır kişilər sırasında 1980-1988-ci illərdə LerikRayon Partiya Komitəsinin I katibi işləmiş, iki çağırış Azərbaycan Ali Sovetinədeputat, daha sonra müstəqil Azərbaycanın Milli Məclisinə üzv seçilmiş SultanMəmmədovun barəsində yazıya rast gəlməyim məni sevindirdi, xatirələrimitəzələdi. Yaxşı yadımdadır, mənim partiya sıralarına keçməyim məsələsi gündəmdəidi. Sultan müəllim mənim Borçalıdan olduğumu biləndə bir həmyerlimi soruşdu: "MədətQuliyevi tanıyırsanmı, kim olub?” Dedim: "Bəli, yaxşı tanıyıram. Əvvəl DmanisiRayon Maarif Şöbəsinin müdiri, sonra Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsindəçalışıb”. Dedi: "Görsən, məndən ona salam deyərsən. Səni də partiyaya keçməyinmünasibətilə təbrik edirəm!” Bir sözlə, Sultan müəllim mənim məsələmimüzakirəyə çıxarmadı. Mən isə hazırlaşmışdım ki, çoxsaylı siyasi suallarverəcəklər.

SonradanSultan müəllimlə bir də onun dostu və deputathəmkarı, mənim isə yaxın qohumum olan professor Şamil Qurbanovun məclislərindənbirində rastlaşdım. Tanışlıq verdim, hər şeyi xatırladı.

Birəsrin dizini qatlayanlar

Lerikdə"Uzunömürlülər Muzeyi”nin yaradılmasının təşəbbüskarı olan H.Vəliməmmədovun "Dağdanağır kişilər” kitabının qəhrəmanlarının heç də hamısı uzunömürlü olmasalar da,hər biri öz əməlləri ilə bir neçə insan ömrünə yetəcək qədər savaba imza atmışinsanlardır. Bununla belə, Lerikinuzunömürlülər diyarı olması faktoru kitabda "qırmızı xətt” kimi keçir və bufenomen təbiətin, iqlimin gözəlliyi, insanların sürdükləri aktiv həyat tərzi,zəhmətsevərlikləri ilə əlaqələndirilir. Kitabda xatırlanır ki, Lerikinuzunömürlülər yurdu olması dünya alimlərinin də diqqətini çəkmiş, onların tədqiqatobyektləri olmuşdur. Məsələn, müəllifin "SSRİ-nin səhiyyə əlaçısı”Mirzəcan Səfərov haqqında qələmə aldığı "Bir elin təbib oğlu” adlı oçerkdənöyrənirik ki, 1974-cü ildə Kiyev Gereontologiya İnstitutunun əməkdaşıuzunömürlülərlə tanış olmaqdan ötrü Lerikə gəlib. Həmin il rejissor EduardDavidoviç Azovun "Uzunömürlülər diyarı” filmində bir neçə kadr Çayrudda lentəalınıb.

Doğma təbiətin vurğunu

HəmzəVəliməmmədov özünün usta qələmi ilə Lerikin təbiətini, obalarını, insanlarınməşğuliyyətini elə dolğun şəkildə təsvir edir ki, bu da onun özünün də təbiətvurğunu olmasından və vətənpərvərliyindən xəbər verir. Lerikin sayılıb-seçilənziyalılarından olmuş Ələsgər Şıxəliyev haqqında oçerkində qəhrəmanınındoğulduğu Kələxan kəndinin saf havasını, bumbuz bulaqlarını, yaşıl çəmənlərini,can dərmanı olan mer-meyvələrinin təsviri adamın gözlərinin qarşısında birrəssamın yaratdığı tablonu canlandırır. İkinci Dünya müharibəsininveteranlarından olan Sultan Mirzəyev haqqındakı yazısında isə həm də Cəngəmirankəndinin qədimliyindən, mineralbulaqların, nadir ağaclı meşələrin, bərəkətli torpağın hətta əcnəbi səyyahlarında diqqətini çəkməsindən, fransız yazıçısı Aleksandr Dümanın bu kəndin əsrarəngiz təbiətini, cəsurövladlarını "Qafqaz səfəri” əsərində təsvir etdiyindən söz açır.

Canlı ensiklopediya

Ömrün80-ci zirvəsini fəth etmiş Həmzə Vəliməmmədov geniş dünyagörüşünə, ensiklopedikbiliyə, zəngin həyat təcrübəsinə, iti hafizəyə malikdir. Yazıb-yaratmaqhəvəsini bu gün də qoruyub saxlayır, qələmi əlindən yerə qoymur. "Dağdanağır kişilər” kitabı da daha əvvəl qələmə almış olduğu "İllərdən qalan izlər”, "Şərəfləyaşanmış ömür”, "Elin unudulmaz oğlu”, "Əsgər şöhrəti”, "Ziyalı ömrü”, "Onunişıqlı taleyi” və "Dəmirçi oğlu” kitabları kimi, təkcə qəhrəmanlarınınkeçdikləri həyat yolunu deyil, onların yaşadıqları dövrün mühüm tarixihadisələrini də əks etdirir. Həmin hadisələri izləməklə biz dəyişənictimai-siyasi quruluşların insanların aqibətinə necə təsir etdiyi barədənəticə çıxarır, həm də ölkəmizin tarixini öyrənirik. Məsələn, ötən əsrinortalarında Stalinin əmri ilə Lerikin sərhədyanı kəndlərinin Muğana köçürülməsi,yurd yerlərinin, məzarların kimsəsiz qalması haqda bilgi əldə edir, Muğanınab-havasına uyğunlaşmayıb dünyadan tez köçən dağ adamlarının taleyinə üzülürük.Yaxud da, "xalqlar həbsxanası” deyilən sovet rejiminin güclü olduğu dönəmdərəhbərlik etdiyi "Çapayev” kolxozunun adını dəyişdirib Babəkin adınıəbədiləşdirməyi bacaran rəhmətlik Yəhya Ağayevin cəsarətinə valeh oluruq. Bu kitablardanöyrənirik ki, Lerikdə ilk minik avtomobilini kim alıb, ali təhsilə ilk dəfə kimyiyələnib.

Ocağında dövlət daşa,var daşa...

HəmzəVəliməmmədov özü bacısız-qardaşsız böyüsə də, indi böyük bir ailənin qayğıkeşbaşçısıdır. 10 övladın atası, 18 nəvənin babasıdır. Övladları arasında dövlətqulluqçusu, yüksək rütbəli zabit, müəllim, musiqiçi və sadə peşə sahibi olan davar. Xoşbəxt adamdır həm də ona görə ki, özü kimi sədaqətli dostları var. Və mən qürur duyuram ki, onun dostları sırasındamən də varam. Bu yaxınlarda həyat yoldaşım Şahpəri xanımla Lerikə getmişdik. 35il əvvəl ayrıldığımız rayonda Həmzə Vəliməmmədovun ailəsinin qonağı olduq,duz-çörək kəsdik. Xatirələr çözələndi. Danışdıq, dedik-güldük, nostaljihisslərin təsiri ilə kövrəldik. İndi qonağı olduğumuz elin adamlarından,rayonun ictimaiyyətindən, işlədiyimiz kəndin sakinlərindən ancaq və ancaqhörmət-izzət görmüşdük. Hörmət-izzətlə də yola salınmışdıq. Mən və Şahpəri xanımötən 40 il ərzində onlarla mütəmadi əlaqə saxlayır, biz işlədiyimiz vaxt Vistənkənd məktəbinə direktorluq etmiş, indi təqaüddə olan Hilal Qubadovla, vaxtiləçiyin-çiyinə çalışdığımız müəllim həmkarlarımızla, tanıdığımız digərziyalılarla və əlbəttə ki, xeyirxahımız, sevimli Həmzə müəllimlə, hal-əhval tutur,bayramlaşırıq. Bakıya yolları düşəndə hərarətlə qarşılayır, qapımızı açandasonsuz fərəh hissi keçiririk.Həqiqətən də,şairin dediyi kimi:

Ocağında dövlət daşa, var daşa,

Dostun yoxsa, kasıblardan kasıbsan.

Həmzəmüəllim həm köhnə kişilərdəndi, həm də köhnə dostdu, dəyəri-qiyməti heç birvar-dövlətlə müqayisəyə gəlməyəcək dərəcədə artıq olan böyük dostdur. Onatərənnüm etdiyi uzunömürlülər sırasına qatılmasını, bir əsrin dizini qatlamağıarzu edirəm.

SəməndərMƏMMƏDOV

AzərbaycanYazıçılar Birliyinin üzvü