Ceyhun Bayramov rumıniyalı həmkarı ilə müzakirə apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Rumıniyanın xarici işlər naziri Oana Toiu ilə görüşüb.
Adalet.az Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər enerji təhlükəsizliyi, iqtisadiyyatın şaxələndirilməsi, təhsil, kənd təsərrüfatı və turizm sahələrində perspektivləri vurğulayaraq, iqtisadi və ticarət əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Həmçinin, birgə yaşıl enerji layihələri və Orta Dəhliz çərçivəsində əməkdaşlığın gücləndirilməsinin strateji faydaları müzakirə edilib.
C.Bayramov həmkarına regiondakı münaqişədən sonrakı vəziyyət və Ermənistanla münasibətlərin normallaşdırılması prosesi barədə də məlumat verib.
Digər Xəbərlər

Ceyhun Bayramov Kallasla görüşdü

Əli Əsədov Laosun Baş prokuroru ilə görüşüb

Rəşad Nəbiyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

“Əvvəl-axır onlar o torpaqları Fələstin dövlətinə qaytarmalı olacaqlar...” – Zərdüşt Əlizadə

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB

Prezident: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar

Prezident: "Azərbaycan yaradıcı təşəbbüsləri daim dəstəkləyir"
