Ceyhun Bayramov özbək həmkarına başsağlığı verdi
Sentyabrın 28-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xiidmətindən Adalet.az-a bildirilib ki, C.Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq hava limanı yaxınlığında baş vermiş partlayış ilə əlaqədar qardaş Özbəkistan dövləti və xalqına öz başsağlığını çatdırıb, partlayış nəticəsində yaralananlara şəfa arzu edib.
Telefon danışığı zamanı həmçinin iki ölkə arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə mövcud regional vəziyyət müzakirə olunub.
Nazir Baxtiyor Saidov, başsağlığı və dəstək mesajına görə təşəkkür edərək, bu dəstəyin ölkələrimiz arasındakı dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin daha bir göstəricisi olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
12 Sentyabr 2026 16:39
“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə - VİDEO
12 Sentyabr 2026 12:06
"Azərbaycan tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir" - Hikmət Hacıyev
12 Sentyabr 2026 11:22
“Ölkənin lideri dəyişən dünyada Azərbaycanın siyasi çəkisini artırır”
12 Sentyabr 2026 11:21
“Yəməndə Səudiyyə Ərəbistanın dəstəklədiyi qüvvələr məğlub olur”
11 Sentyabr 2026 22:00
Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı
11 Sentyabr 2026 19:28
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
11 Sentyabr 2026 16:08
Hacıyevdən Əliyev-Paşinyan görüşü ilə bağlı AÇIQLAMA
11 Sentyabr 2026 14:13


Bakı -°C

