Ceyhun Bayramov Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
1 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Adalet.az-a XİN-dən məlumat verilib.
Görüş zamanı, Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Bu kimi qarşılıqlı səfərlərin və XİN-lərarası məsləhətləşmələrin iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional məsələlər üzrə ətraflı müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.
İki ölkə arasında beynəlxalq və regional təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən ölkələrimizin iştirakı ilə müxtəlif üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın intensivləşməsinin zəruriliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.
Bu kimi təhdidlərin sülhə və sabitliyə, bölgədə qarşılıqlı əməkdaşlığa, regional nəqliyyat əlaqələrinin inkişafına, ümumilikdə regional normallaşmaya mane olduğu qeyd edilib və bu təhdidlərin aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
30 Sentyabr 2026 19:00
Prezidentin sosial şəbəkə hesablarında sərgidən PAYLAŞIM
30 Sentyabr 2026 18:44
Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi
30 Sentyabr 2026 18:36
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR + YENİLƏNİB
30 Sentyabr 2026 18:25
Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşdü
30 Sentyabr 2026 18:22
Özümüz güclü olmalıyıq - Səxavət Məmməd yazır
30 Sentyabr 2026 18:21
Baş prokuror MDB ölkələrinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında
30 Sentyabr 2026 17:48
Kərim Vəliyev iranlı generalla görüşdü
30 Sentyabr 2026 16:06


Bakı -°C

