Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb.
Bu barədə Adalet.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub.
Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib.
Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər regional əməkdaşlıq platformaları çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinə toxunaraq, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Həmçinin Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasında (UNESCAP) sədrliyinin məmnunluqla qarşılandığı Koreya tərəfindən vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
29 Aprel 2026 14:42
Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcəklər
29 Aprel 2026 14:36
Azərbaycan Avropa Parlamenti ilə münasibətləri dayandıra bilər
29 Aprel 2026 11:51
“Casiv Yar işğal olunarsa Konstantinovka şəhərinə yol açılır”
29 Aprel 2026 10:54
“Ermənistandakı radikallar Zelenskinin İrəvana səfərinin...”
29 Aprel 2026 10:54
“ABŞ və İran arasında danışıqlar prosesi kuliminasiya nöqtəsindədir”
29 Aprel 2026 10:51
“Biz Azərbaycan-Türkiyə qardaşlığını göz bəbəyi kimi qorumağa...”
28 Aprel 2026 19:46
Radikal dindarlıq və modern müharibələr... - Səxavət Məmməd yazır
28 Aprel 2026 19:27


Bakı -°C

