Ceyhun Bayramov Çinlə münasibətlərin inkişafı ilə bağlı paylaşım etdi
Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə sadiqliyini qətiyyətlə davam etdirir.
Adalet.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov özünün "X" sosial media hesabında yazıb.
Nazir qeyd edib ki, Çinə səfəri çərçivəsində Pekində Çin Xalq Respublikasının xarici işlər naziri, Zati-aliləri Van Yi ilə səmərəli ikitərəfli görüş keçirib.
"Görüş zamanı hərtərəfli strateji tərəfdaşlığımızın irəlilədilməsi, siyasi dialoqun dərinləşdirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal proseslər ətrafında fikir mübadiləsi apardıq.
Azərbaycan qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan Azərbaycan–Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsinə və əməkdaşlığın genişləndirilməsinə sadiqliyini qətiyyətlə davam etdirir", - paylaşımda qeyd olunub.
Digər Xəbərlər
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08


Bakı -°C

