Ceyhun Bayramov Arye Laytstounu qəbul etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi Zirvə görüşünün əhəmiyyətini qeyd edib. Vaşinqtonda əldə olunmuş razılaşmaların ardınca ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə sürətli inkişafının məmnunluq doğurduğu bildirilib.
Bu çərçivədə, 10 fevral 2026-cı il tarixində imzalanmış Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının ikitərəfli əlaqələrin institusional əsaslarının daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Xartiyanın icrası çərçivəsində yaradılmış işçi qruplarının fəaliyyəti və qarşıdakı dövr üçün konkret layihə və yol xəritələrinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.
Azərbaycan-ABŞ iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi məsələlərinə toxunulub. Bu çərçivədə, Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji, investisiya, yüksək texnologiyalar və digər sahələrdə əldə olunmuş razılaşmaların ikitərəfli strateji tərəfdaşlığın iqtisadi əsaslarının gücləndirilməsinə töhfəsi qeyd edilib.
Azərbaycanın regionun enerji, nəqliyyat və logistika potensialının inkişaf etdirilməsi, Orta Dəhlizin genişləndirilməsi, investisiyaların təşviqi və regional bağlantıların gücləndirilməsi istiqamətində həyata keçirdiyi infrastruktur layihələri barədə məlumat verilib.
TRIPP layihəsinin regionda nəqliyyat və iqtisadi bağlantıların inkişafına, Azərbaycan ərazisindən onun Naxçıvan Muxtar Respublikasına maneəsiz bağlantının təmin edilməsinə və daha geniş regional tranzit imkanlarının formalaşdırılmasına mühüm töhfə verəcəyi vurğulanıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında da fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi istiqamətində atdığı addımlar, əldə olunmuş razılaşmaların həyata keçirilməsi, regional kommunikasiyaların açılması və regionda davamlı sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb, ölkəmizin mövqeyini diqqətə çatdırıb.
Tərəflər Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə inkişaf etdirilməsi və əldə olunmuş razılaşmaların praktiki nəticələrlə zənginləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Digər Xəbərlər
06 Oktyabr 2026 15:35
Arzu Nağıyev: Korrupsiyaya qarşı mübarizədə yeni mexanizm yaradılır
06 Oktyabr 2026 13:31
Sahibə Qafarova PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib
06 Oktyabr 2026 12:33
Prezident Lord Anas Sarvarı qəbul etdi - FOTOLAR
06 Oktyabr 2026 11:43
“Həmin gün bütün Azərbaycan xalqı, o cümlədən cəbrayıllılar, böyük sevinc içində idilər”
06 Oktyabr 2026 11:26
Milli Məclisin sədri Sahibə Qafarova APA-nın koordinasiya iclasında çıxış edib
06 Oktyabr 2026 11:04
“Yeni hədəflərinə çatmaqdan ötrü dövlətimiz daim güclü...”
06 Oktyabr 2026 10:49
İsrail Yəməndə üstünlük əldə edir – Politoloq
06 Oktyabr 2026 10:37


Bakı -°C

