Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
Məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq həlak olduqda, onun ailəsinə əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 20000 (iyirmi min) manat məbləğində birdəfəlik müavinət ödəniləcək.
Adalet.az xəbər verir ki, bu barədə "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsində nəzərdə tutulub.
Məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar bədən xəsarəti aldıqda ona əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 10000 (on min) manat məbləğində birdəfəlik müavinət ödənişi ediləcək.
Məlumat verən şəxsin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar olaraq əmlakına dəymiş ziyan Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.
Digər Xəbərlər
06 Oktyabr 2026 15:39
"Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib" - Komitə sədri
06 Oktyabr 2026 15:30
Korrupsiya ilə bağlı məlumatlar bu hallarda açıqlanacaq
06 Oktyabr 2026 15:05
Korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
06 Oktyabr 2026 14:10
“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov
06 Oktyabr 2026 13:05
"Təcili yardım"a direktor təyin edildi
06 Oktyabr 2026 12:46
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
06 Oktyabr 2026 12:18
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
06 Oktyabr 2026 11:24


Bakı -°C

