adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
11 Sentyabr 2014 16:56
7556
SAĞLAMLIQ

Cərrah masasında görünməmiş hadisə

Tibb sahəsindəgörünməmiş hadisə baş verib. Belə ki, litvalı qadın beynindən əməliyyatolunduğu halda, eyni zamanda skripkada da ifa edib. Adalet.az Rusiya mətbuatınaistinadən məlumat verir ki, İsraildə baş tutmuş cərrahi əməliyyatda yerli narkozaltında olan Naomi Elişuv adlı skripkaçı qadın sevimli alətində Motsartın əsəriniifa edib.   

Həkimlərqadının beyninə 1,3 millimetr həcmində elektrotənzimləyici aparat yerləşdiriblər.Cərrahların bildirdiyinə görə, aparat yerləşdirilərkən xəstənin aktiv hərəkətdəolmasına ehtiyac varmış. 

"Çünki xəstənin əvvəllər əl titrəməsinə səbəb olanneyroloji xəstəliyinin aradan qaldırılması üçün onun hərəkəti nəzarət altınaalınmalı idi", - deyə həkimlər bildiriblər.