Cənubi Qafqazda sülh prosesi başa çatan ilin ən vacib hadisəsidir - ATƏT XİN Şurası
Vyanada dekabrın 4-də keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən bir çox iştirakçılar Azərbaycan və Ermənistan arasında sülh prosesini başa çatan ilin ən vacib hadisələrindən biri kimi qeyd ediblər.
Adalet.az report-a istinadən xəbər verir ki, günün birinci yarısındakı ən diqqətçəkən çıxış Lüksemburqun xarici işlər naziri Ksavye Bettelin bəyanatı olub.
O vurğulayıb ki, sülh yolunda irəliləyiş və razılaşmalara nail olunması öz-özünə baş verən bir proses kimi qəbul edilməməlidir - bu, təqdir və dəstəyə layiq səylər tələb edir.
İclasda çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da bu məsələyə diqqət yetirərək, baş verənləri uğur kimi dəyərləndirib.
"Biz bu ilin avqustunda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə ikitərəfli sülh müqaviləsinin (Vaşinqtonda) paraflanmasını yüksək qiymətləndiririk. Avropa İttifaqı bundan sonra da bu prosesi bütün mümkün vasitələrlə dəstəkləyəcək", - K.Kallas bildirib.
Bolqarıstanın xarici işlər naziri Georgi Georgiyevin sözlərinə görə, Vaşinqtonda əldə olunan razılaşmalar və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı davam edən danışıqlar "hər iki tərəfin onilliklərlə davam edən münaqişəyə son qoymaq istəyini əks etdirir".
"Bolqarıstan regional sabitliyə və iqtisadi əməkdaşlığa yol açacaq münasibətlərin tam şəkildə normallaşmasını səbirsizliklə gözləyir", - o əlavə edib.
Digər xarici işlər nazirləri, o cümlədən Fransa Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək ifadə ediblər. Bildirilib ki, bu, bütün region və Avropa üçün yeni imkanlar açır.
Digər Xəbərlər
01 Aprel 2026 20:44
Regionda çox şey kökündən dəyişəcək... - Səxavət Məmməd yazır
01 Aprel 2026 19:00
Əli Əsədov TDT-nin Baş katibi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
01 Aprel 2026 18:37
XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq
01 Aprel 2026 18:18


Bakı -°C

