Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur - Prezident
Belə nüfuzlu mükafatı (“Zayed İnsan Qardaşlığı Mükafatı” – red.) almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. “Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük. Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur”, - deyə Prezident İlham Əliyev əlavə edi
Digər Xəbərlər
20 Yanvar 2026 19:30
İlham Əliyev Davosda panel iclasda iştirak edir
20 Yanvar 2026 17:32
Prezident Davosda Odile Reno-Basso ilə görüşdü - FOTO
20 Yanvar 2026 17:06
"Bu mükafatı almaq mənim üçün böyük şərəfdir" - İlham Əliyev
20 Yanvar 2026 17:05
Azərbaycanın humanitar yardımı Ukrayna üçün çox vacibdir - Səfir
20 Yanvar 2026 16:46
Avropa Parlamenti və Avropa Şurası ilə istənilən əməkdaşlığı dayandırmışıq - İlham Əliyev
20 Yanvar 2026 16:18
İranda baş verən proseslərə İlham Əliyevdən münasibət
20 Yanvar 2026 15:10
Azərbaycan Ukraynaya 1 milyon dollarlıq humanitar yardım göndərdi
20 Yanvar 2026 14:24


Bakı -°C

