adalet.az header logo
  • Bakı -°C
20 Yanvar 2026 17:05
75
SİYASƏT
A- A+

Azərbaycanın humanitar yardımı Ukrayna üçün çox vacibdir - Səfir

"Azərbaycanın humanitar yardımı Ukrayna üçün böyük əhəmiyyət daşıyır".

Adalet.az report-a istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib.

"Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına minnətdarlığımızı bildirmək istəyirəm, dəstəyinizi yüksək qiymətləndiririk. Humanitar yardım paketi xüsusən də qış mövsümündə Rusiyanın elektrik enerjisi infrastrukturuna hücumlarından sonra bizim üçün çox vacibdir" - deyə, səfir bildirib.

O, 20 Yanvar hadisələri ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib:

"Biz həmişə Azərbaycan xalqı ilə həmrəyik, onun ərazi bütövlüyünü, suverenliyini və azadlığını hər zaman dəstəkləyirik".

Qeyd edək ki, Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.