adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Avqust 2020 11:22
221978
MARAQLI

Cənubi Amerikanın hərbiçi diktatoru: PİNOÇET

Ölkəsinin seçilmiş hökümətini çevrilişlə devirdi. Kommunizmlə mübarizə bəhanəsiylə ölkənitar-mar edib böyük bir həbsxanaya çevirdi. Ölkə onun izn verdiyi ölçülərdədemokratiyaya keçdi. Həm özünü, həm də milləti əzən digər dostlarını mühakiməolunmaqdan qurtarmaq üçün min cür oyunbazlıq etdi. Budur, XX əsrin ən bayağıdiktatorlarından birinin hekayəti.

Avqusto Pinoçet (AugustoPinochet) Hitler kimi bir gömrük məmurunun oğlu olaraq dünyaya gəlmişdi. Hərbiçiolmasını əvvəl anası, daha sonrasa arvadı dəstəklədi.

Gənc Pinoçet Prussiya qaydasıyla, yəni nizamlı və konstitutsiyaya bağlı Çiliordusunda sürətlə yüksəldi. Hər nə qədər kommunistlərdən nifrət etsə də və50-ci illərdə Çili Kommunist Partiyasına qarşı nümayişlərdə rol oynasa daordunun rəhbərliyinə gəlməsi Latın Amerikasının ilk Marksist lideri SalvadorAllendenin hakimiyyəti dövründə və onun istəyi ilə gerçəkləşdi. Lakin hərqiyamçı kimi Pinoçet də onun önünü açan komandirlərini yeməkdə gecikməyəcəkdi.


Soyuq müharibənin ən soyuq günlərində...


Yetmişinciillərin əvvəliydi. Dünya SSRİ ilə Amerika arasında ideoloji baxımdanbölünmüşdü. Tərəflərin tez-tez təsir ərazilərini genişlətməyin yollarınıaxtardığı günlər idi. 1969-cu ildə Ağ evə yerləşən dövrün ABŞ prezidenti RiçardNikson Amerikanın arxa bağı kimi görünən Cənubi Amerikada kommunizminyayılmasından narahat idi. Ona çatan raportlara görə Çilidəyaxınlaşmaqda olan seçkilərin favoriti sosialist Allende idi. Prezidentin üzüturşumuşdu. Bu vəziyyətə tamaşaçı kimi baxa bilməzdi. MKİ Çili xalqının iradəsininsandıqlara keçməməsi üçün əlindən gələni etdi. Lakin Vaşinqtonun hesablarıSantyaqoya uyğun gəlmədi. 1970-ci ildəki seçkinin nəticələri açıqlananda Ağ evdəkilərinüzü pərt olmuşdu. Allende ən yaxın rəqibini 40 min səslə olsa da məğlub edəbilmişdi.


" Allende gəlsəLatın Amerikası qırmızı sandviç olar”


Nikson daha sonra dərc olunan xatirələrində sözçülərindən birinin ona " Allendeseçkini qazansa Latın Amerikası bir tərəfində Kuba, digər tərəfində Çiliolmaqla qırmızı sandviç olar” dediyini yazacaqdı. Seçkilərdən sonra Niksonun əmriyləÇilidə iqtisadiyyatın çökdürülməsi əməliyyatlarına başlanıldı.
Çiçəyi burnunda olan prezident Allendenin gündəmindəki maddələr sənayenin,xüsusilə Amerikalıların əlində olan obyektlərin milliləşdirilməsi və torpaqislahatları idi. 1973-cü ildə inflyasiya yüksəlmiş, MKİ –nın dəstəklədiyi tətillərişləri çökdürməyə başlamışdı. Özbaşına hərəkət edən solçu qrupların torpaqislahatı fəaliyyəti də vəziyyəti çətinləşdirmişdi.


Öz cəlladını özüseçdi


Vəziyyəti düzəltmək istəyən Allende Latın Amerikasının ən uzun demokratiyakeçmişi olan Çilidə həmişə siyasətdən kənarda qalan ordudan kömək istədi. Bu etdiyi ən böyük xətası olacaqdı.Bununla bağlı digər bir səhvi isə 1973-cü ildə Pinoçeti baş qərərgah rəisi təyinetməsiydi. Üstəlik, generalı siyasi iddiaları olmadığına görə seçmişdi.Seçiminin nə qədər səhv olduğunu anlaması üçün çox gözləməyinə ehtiyac olmadı.

1973-cü ilin 11 sentyabrı Çilin xalqının unutmayacağı gün oldu. Həmin günPinoçet seçkilərlə hakimiyyətə gələn Allende hökümətini devirdi. Allendeçevriliş əsnasındaöldü. Bəzilərinə görə intihar etmiş, bəzilərinə görəsə əsgərlər tərəfindən öldürülmüşdü.Pinoçet hər nə qədər çevrilişin baş tutmasında rolunun az olduğunu iddia etsə dəölkəyə nəzarət edən 4 nəfərlik cuntanın lideri olaraq ölkənin tək hakimi oldu.Parlament bağlanmış, siyasi partiya və həmkarlar ittifaqlarını susduraraq özünüprezident elan etmişdi.

Olub-bitənlər həmin günlərin klassik şablonuna uyğun gəlirdi. Amerika ilə təzadtəşkil edən solçu hökümət vətənini radikalcasına sevən bir qrup sağçı general tərəfindəndevrilir və ölkə doğru yolu tapırdı.

Allende soyuq müharibənin ən həssas günlərində ortaya çıxıb "demokratik yollasosializmə çatacağıq” deməyib, ardınca seçkiləri qazanmasaydı, Amerika hirslənməyəcək,Pinoçet isə tarixin məzarlığındakı adsız hərbiçi təqaüdçülərdən biri olacaqdı.


Ölkə uçurumun kənarına gəlmişdi...


Onun fikrincə " Ölkəsini sevən bir vətənpərvər idi və uçurumun yanında olan ölkəsinikommunizm və terror bəlasından qurtarmaq üçün borcunu yerinə yetirmişdi.”

Qiyamçı dövlət başçısı sənayedəkimilliləşdirməni dayandırdı. Şirkətləri və torpaqları keçmiş sahiblərinəqaytardı. Iqtisadiyyatdan başı heç çıxmasa da Çikaqo Universitetindən MiltonFriedmanın ticarət siyasətini həyata keçirmək üçün bir qrup gəncin (sonradan`Chicago boys` kimi tanındılar) Friedman tərəfindən təlim keçməyini təmin etdi.Bu heyətin ölkədə yürütdüyü iqtisadi modellə Çili iqtisadiyyatı bölgənin ənyaxşı iqtisadiyyatı oldu. Təbii ki, ölkənin inkişaf etməsində Amerikanın daböyük dəstəyi var idi.

Diktatorluq köynəyini geyinən digərləri kimi çilili general da ` Tanrı tərəfindənseçildiyinə` inanırdı. Özünü siyasətçidən çox hərbiçi kimi görməyə davam etdi.Hərbi formalara həvəsiylə birgə taxdığı qara eynəklə çili xalqının iradəsininüzərinə qaranlıq kölgə saldı. Kommunizm qarşısında vampir kimi idi. Eynizamanda demokratiya fikrindən də xoşu gəlmirdi. Ona görə " demokratiya məhvedilməsi rahat olan quruluş idi.”

70-ci illərdə xüsusilə iqtisadiyyatın inkişafına görə bir çox çilili generalı dəstəkləməkdəgecikmədi. Bununla birlikdə dəmir yumruq siyasətinə etiraz edən radikal müxalifətdə yarandı. Məxfi polisin qəddarlığına və hərbi rejimin bütün əzici gücünəbaxmayaraq Pinoçet 1986-cı ildə suiqəsd cəhdindən canını güclə qurtardı. Ölkədəkommunizmə qarşı mücadiləsinin memarı olan Amerikanın dəstəyi ilə yaratdığıiqtisadi möcüzəyə çox inanırdı. Buna görə də hərbi hökümətin əlavələr etdiyikonstitusiya layihəsini 1988-ci ildə referundama apardı. Səs toplayacağına əminidi. Amma şoka düşdü. Məğlub olmuşdu.

Xalq seçkidə söyləməli olduğunu deməkdə gecikməmiş, qiyamçı öz əliylə sivilidarəçiliyə gedən yolu açmışdı. 1990-cı ildə prezident kürsüsündən ayrıldı.Amma `sivil hökümət dediksə də o qədər də deyil`. Baş qərərgah rəisliyini davametdirdi. Silahı əlindən buraxmaq ona sərf etməzdi.


Çilililərin çiləsi bitənə oxşamır


Dünya dəyişirdi. Demokratiya dünyada daha çox sevilən duruma gəlmişdi.Amerikada prezident Klinton var idi və ən çox tələffüz etdiyi sözlər`qloballaşma` və ` internet inqilabı` idi. Əli qanlı diktatorlar bu yeniquruluşun vitrininə yaraşmırdı. Pinoçet 1998-ci ildə qərərgah rəisliyindən istefaverdi. Amma çili xalqının çiləsi hələ bitməmişdi. Bu dəfə özünü ömürlük senatorelan etdi. Ədalətdən canını qurtarmaq üçün min cür oyunbazlıq edirdi. 

Senatorluğun toxunulmazlığına sığınan Pinoçetin gücü simvolik idi. Amma edəcəyinidə etmişdi. Özündən sonra gələn hakimiyyətlərə insan haqları problemləridastanı buraxmışdı. 30 min nəfərin şahidliyi ilə hazırlanan raporta görə cuntarejimi 3 min 197 nəfəri öldürmüş, 29 min nəfəri isə işgəncəyə məruz qoymuşdu.Itkin düşənlərin sayını isə Allah bilirdi.


Və bir gün çarx dönər...


Pinoçet senatorluğun dadını çıxartmadan yaxalandı. Həmin il İngiltərəziyarəti zamanı İspaniyaya təslim edilmək üçün ev həbsinə salınarkən şokadüşmüşdü. Necə olur ki, ona vaxtilə qol-qanad verən super güclər indi onunlabelə rəftar edirdi? Belə görünür ki, adam öldürməyə başı qarışan diktatortarixi oxumağa vaxt tapmamışdı. Halbuki, təkcə İran şahının həyatını oxusa bəsedərdi. Ispanlar öz vətəndaşlarını öldürmək ittihamıyla keçmiş qiyamçının izinədüşmüşdü. Pinoçet səhhətini bəhanə edərək zaman keçirdiyi iki ildən sonraispanlardan canını qurtara bildi. Ingilislər 2000-ci ilin martında " Məhkəməyədözə biləcək qədər sağlam deyil` deyərək generalı ölkəsinə göndərdi. Bununlabirlikdə Pinoçet tərk etdiyi Çilini tapa bilmədi. Körpünün altından çox suaxmışdı. Ölkəsinə qayıtdığı ay Çilinin Allendedən sonrakı ilk sosialist dövlətbaşçısı Ricardo Lagos and içərək vəzifəsinə başladı. Keçmişin cinayətlərini üzəçıxartmaq qərarlı idi. Çili məhkəmələrindən birinin qərarı ilə generalaistintaq açıldı. Bundan sonra Pinoçet və istintaq gizlənqaç oynamağabaşlayacaqdı.


Toxunulmaza da toxunarlar


Nəhayət, 2001-ci ildə istintaq onun insan haqlarına qarşı cinayaətlərinə görə məhkəməönünə çıxarılmasına qərar vermiş və keçmiş diktator 6 həftəlik ev həbsinəsalınmışdı. Müxaliflər simvolik bir qələbə qazanmışdı. Çilidə inanılmaz şeylərolurdu!

Buna baxmayaraq Ali məhkəmə 2002-ci ildə " əqli baxımdan ittiham olunmağa uyğundeyil” deyərək Pinoçet tərəfdarlarını sevindirdi. General bu qərarın ardındanömürlük senatorluq kürsüsündən imtina etdi və səhhətini dövlətə görə itirdiyiniiddia etdi. Halbuki pisləşən səhhəti ən yaxşı vəkili olmuşdu. Vücudu və əqlinisıradan çıxaran xəstəliklərə yoluxsa da bu xəstəliklər onun yüzlərlə məhkəmə,sorğu-sualdan canını qurtarmasına kömək olacaqdı. Amma ədalət son sözünü deməmişdi.Tez-tez ev həbsinə salınıb buraxılan diktator haqqında ilk məhkumluq qərarı2005-ci ildə çıxarıldı. Polis davam edən istintaqlar zamanı Pinoçetin şəkilləriniçəkmiş, barmaq izini götürmüş, üstəlik də keçmiş dövlət başçısı hər gün polisşöbəsinə gələrək adi cinayətkarlar kimi raport vermək məcburiyyətində qalmışdı. 

Məhkəmələrin bir-birinin ardınca qərarlar çıxarmasına baxmayaraq vəkillər onunsəhhətini qalxan kimi istifadə edərək bunlardan yan keçə bilirdilər. Bütünbunlara baxmayaraq məhkəmə onun özünü olmasa da onlarla cinayət ortağını dəmirbarmaqlıqlar arasına salmağı bacarmışdı. Diktatorun hələ də güclü əlaqələri varidi. Çevriliş qurbanı digər ölkələr kimi hər zaman bir kütlə qiyamçıların xilasedilməsində rol oynayırdı.

Pinoçet 2006-cı ildə Allendenin iki mühafizəçisinin öldürülməsində birinci dərəcəlirol oynadığına görə beşinci dəfə ev həbsinə salınmaqdan canını qurtara bilməyəcəkdi.


Ölkənin sərvətini xaricə daşımışdı


Pinoçet hökümətinin maliyyə nizam-intizamı nəticəsində bölgənin ən güclüiqtisadiyyatına sahib olmasına baxmayaraq son illərdə sadiq tərəfdarlarınıitirməyə başlamışdı. Bir-birinin ardınca ortaya çıxan faktlar bu qoca ixtiyarıntəkcə Çilinin deyil, öz cibini düşündüyünü də üzə çıxarmışdı. Xüsusilə,Vaşinqtondakı Riggs Bankda ortaya çıxan gizli hesablarındakı milyonlarla dollarpul tərəfdarlarını belə çilədən çıxartmışdı. Honq Konqdakı bir bankda isədiktatorun adına 10 ton qızılın olması bunlardan biri idi.

Diktator 2006-cı ilin 10 dekabrında 91 yaşında müalicə aldığı xəstəxanada öldü.Xəbərdən sonra bayraqlarla meydana çıxan minlərlə çilili Pinoçetin ölümünü rəqsedərək qeyd etmiş, tərəfdarları isə xəstəxana önünə yığışaraq keçmiş diktatorunxatirəsini yad edirdi.

Tərcümə və hazırlayan: Emin Piri