adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Iyun 2019 17:48
49141
MƏDƏNİYYƏT

CƏNNƏT XƏZİNƏLƏRİNDƏN BİRİ - SƏBİR

Səbir Allahrizasını qazandıran zirvələrdən biridir. O, insanın dünyadakı məşəqqətlərə, çətinliklərə sinə gərib Allahınbəyəndiyi yaşam tərzidir. Rəbbimizin Qurani-Kərimdə 70-dən çox ayədə səbri təbliğetməsi və daha yaxşı dəyərləri ona həvalə etməsi səbrin vacibliyi və fəzilətindən xəbər verir. Rəbbimiz: "(Çətinliklərlə)Səbir etdikləri və ayələrimizə qəlbəninandıqları üçün Biz onlardan əmrimizlə(insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik" (Səcdə 24) ayəsi ilə dində rəhbər olmağı da səbrəetibar edib. Allahu-Təalə səbir edənlərdən başqa heç kimdəsalavatı, rəhməti və hidayəti də bir yerdə toplamayıb: "Onları Rəbbitərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır"(Bəqara 157).

Səbrin mahiyyəti

Səbir insanlaraməxsus dəyərdir. Heyvanlar nöqsanlıolduğu üçün onlarda səbir yoxdur. Mələklər isə çox kamil və şəhvətdən əmin olduqlarına görə,səbrə ehtiyacları yoxdur. Heyvanlar əsasən şəhvət və qida istəklərilə, mələklərisə Allahın eşqilə yaşayırlar. İnsanda isə həm heyvana, həm də mələyə xasiki cəhət var. Əgər insan ona verilən dəyərləritəyinatına görə işlədərsə, mələkdən üstün, əksinə isə heyvandan aşağıolar. İnsan kiçik yaşındasəbirsiz olduğu üçün onda heyvana xas cəhətlər daha çox olur. Fəqət həddi-buluğa çatandan - mükəlləf olandan sonraona mələklərin nurundan müəyyənpay verilir və o, həmin dəyər vasitəsi ilə işlərini görür. Ona heyvandan fərqli olaraqiki cövhər də verilir. Onlardanbiri doğru yolu göstərdiyi üçün bəndə işlərin sonunu anlayıb yaxşını pisdən, halalı haramdan ayıra bilir, özünü vəRəbbini dərk edir.

Lakin verilən bucövhər - hidayət (dərketmə qabiliyyəti, ağıl) onun bir inanclı saleh bəndə kimiyaşamasına kifayət etmir. Çünki ziyan vəzərərdə olduğunu bilə-bilə, onu aradan qaldıra biləcək qüdrətə (iradəyə) sahib deyil. Bu, xəstəliyininzərərli olduğunu bilib, fəqət onu aradan qaldıra bilməyən xəstəyə bənzər. Həminsəbəbdən, Allahu-Təalə bəndəsinə güc və qüvvət vermək üçün digər cövhəri - iradənidə ona verir. Bu durumda bəndə həm pislikləri anlayır, həm də onları dəf etməyə özündə güc tapır ki, buna da elm(bilgi) ilə işin (əməlin) vəhdəti deyilir.

Beləliklə,insanın mənəvi sinəsi şəhvət və digər heyvani nəfslərlə (nəfsi əmmarə) yanaşı,həm də mələklərə məxsus istəklərlə yüklənmişbir mübarizə meydanına çevrilir. Üləma şəhvət qüvvə və arzusuna həva (nəfs), həmin neqativlərə qarşı çıxan dəyərə isə dini istək deyib; birişeytan və şeytansifətli insanların, digəri mələklərin əsgəridir. Biri"et", digəri "etmə" deyir. İnsan da bu iki arzu və qüvvəqarşısında qalır. Əgər dini istək həvanın(nəfsin) arzularına qarşı müqavimət göstərirsə, onun bu dirənişinə səbirdeyilir; əgər o, nəfsi məğlub edərsə, buna zəfər deyilir. Nəfs və dini istəyinbir-birilə savaşdığı, mücadilə etdiyi müddətdə baş verən olay nəfsə qarşı cihad, daha doğrusu, böyük cihad adlanır. Deməli, səbrin mənası dini qüvvə və iradənin nəfsin arzu və istəkqüvvəsinə müqavimət göstərməsidir. Bu iki müxtəlif əsgərin olmadığı yerdə səbr də yoxdur. Həminsəbəbdən mələklərdə səbrə ehtiyac, heyvan və həddi buluğa çatmayan (həm dəağıldankəm) insanlarda isə səbir yoxdur.Başqa sözlə, uşaq (qeyri-mükəlləf) və ağıldan qüsurlu insanlar yetərincə nə hidayət, nə də mərifətə (bacarığa, salehişə) sahib olmadığı üçün, onlarda hər hansıişin sonunu anlamağa nə qabiliyyət, nə də səbir qüvvəsi olur. Lakin həddi buluğa çatarkən (mükəlləf olarkən) hər iki qüvvəortaya çıxır və anlayır ki, əsas olan hidayətdir və qüdrət, iradə ondan - hidayətdən- özünü və Rəbbi tanımaqdan sonra gəlir.Həmin səbəbdən, İslamda sağ tərəf (sağ əl, sağ çiyin və s.) hidayəti-xeyri təmsiledir.

Yazılanlardan məqsəd səbrin fasiləsiz mübarizə meydanı olduğunu bildirməkdir. Yəni bəndənin Allah yolunda ilk və son addımıbu döyüşlə məşğul olmasıdır. Döyüş, mübarizə isə sinə vadisində peyda olanşeytan əsgəri ilə mələk əsgəriarasındadır. Bəndə savaşmadan və savaşı səbirlə aparmadan səadətəqovuşa bilməz. Bu savaşla məşğul olmayanşeytanın hakimiyyətini qəbul etməyə məcburolar. Peyğəmbər (ə) buyurub: "Allah şeytanıma qarşı mənə kömək etdi vəşeytanım mənə təslim oldu".

Səbir imanınyarısı, oruc da səbrinyarısıdır

Həz.Məhəmmədbuyurub: "İmanın 70-dən artıq bölümü var. Ən böyüyü "ləə iləəhə illəlləh"sözü, ən kiçiyi də yoldakı tikanı (hər hansı maneəni - V.C.) götürməkdir".İmanın növləri çox olsa da, fəqət əsilləri üç cürdür: mərifətlər (bilgilər),hallar və əməllər. Dində heç bir mərtəbəbu üç dəyərin xaricində qalmır. Məs.,tövbənin mahiyyəti qəlbə aid bir halkimi peşiman olmaqdır. Əsli mərifətolub günahın öldürcü zəhərolduğunu bilməkdir. Nəticəsi günahdanəl çəkib xeyirli əməllərlə məşğulolmaqdır. Kamil insan elm (ağıl, bilgi, mərifət), ondan doğan hal (qəlbdəkidurum) və saleh əməl (iradə) ilə vəhdətdə olandır. Zira bunların üçü dəumandandır. Lakin imanın əsli mərifətdir, ağıldır (ağıldan kəmlər sorumlu - mükəlləfdeyillər); mərifətdən hal, haldan da əməl meydana gəlir. Təbir caizə, qəlbinelm (bilgi) vasitəsilə dəyişməsi ağacın budaqverməsi, bu haldan meydana gələn əməldə meyvə kimidir. Deməli, kamil iman iki təməl üzərində dayanır: elm (ağıl, mərifət)və saleh əməl. Saleh əməl səbirsiz mümkün olmadığı üşün, o, imanın yarısıdır.

"İman səbirvə şükürdən ibarətdir" Peyğəmbər (ə) kəlamını şərh edən Qəzzaliyə(v.e.1111) görə: "bu iki dəyərdən ən çətini səbirdir və heç bir şey ondançətin deyil. Həmin səbəbdən səbir imanın tamamıdır. Rəsululləhdən: "İman nədir?"- deyə soruşduqda, o, "səbirdir" - buyurub. Yəni imanın ən çətin hissəsisəbirdir. Səbir də iki növdür: Şəhvət (geniş mənada - istək, arzu - V.C.) və qəzəbhissinə qarşı səbir. Şəhvətlərə qarşı olan səbir əsasən orucdur. Bu halda orucsəbrin yarısıdır. Digər tərəfdən səbir imanın yarısıdır (imanın digər yarısışükürdür - V.C.). Başqa sözlə, möminin əməliçətinliklərə səbir və nemətə şükür etmək olduğu üçün, səbir imanınyarısıdır".

İman-saleh əməlmünasibətlərini şərh edən İncildə deyilir: "Qardaşlarım, əgər kimsə imanıolduğunu bildirib, yaxşı işlərə malik deyilsə, nə faydası var? O cür iman onuxilas edə bilərmi? Yaxşı işləri yoxsa, özü-özlüyündə ölüdür. Fəqət, kimsə deyəbilər ki, sənin imanın var, mənim də əməllərim. Sən imanını mənə göstər , mən dəsənin imanını əməllərinlə göstərim. İmanedirsənmi Allah birdir? Yaxşı edirsən; cinlər də iman edir və titrəyirlər! Ammaey ağılsız insan, bunu bilmək istəyirsənmi ki, əməlsiz imanfaydasızdır" (İncil, Yaqub 2;14-26). Mövzu səbir olduğu üçün iqtibasa bunuəlavə edək: imanı kamil və faydalı edən saleh əməl yalnız səbirlə mümkündür.

Səbrə hər zamanehtiyac var

Nəfs mahiyyətetibarilə hər an xoşuna gələn və ya gəlməyən şeylərlə məşğuldur. Mal-dövlət, vəzifə,səhhət, qadın, uşaq və digər nemətlərə sahib olmaq onun arzuladığı şeylərdir. Qəlbini bu şeylərə açıb onlara ifrat dərəcədə bağlanan bəndə həddiaşmaq dərəcəsinə çatar ki, bu da səbri heçə endirər. Peyğəmbər (ə) hakimiyyətidövründə mal-dövlət çoxaldıqda səhabə dedi: "Çətinlik vaxtındaolarkən bizim səbrimiz indiki vaxtdan daha güclü idi". Əslində budurum təbiidir. Çünki zənginin səbir etməsi, kasıbın səbir etməsindən daha çətindir.Lakin zənginin sorumluluğu kasıbınsorumluluğundan daha ağırdır: "Bilin ki, mal-dövlətiniz və övladlarınızsizin üçün ancaq bir imtahandır" (Ənfəl 28).

Nəfsin arzularıilə mübarizə aparan səbirlilər üç növdür: 1) Öz istəyi, iradəsi ilə olanlar, yənixeyirli əməllər işlədib günahlardan qaçanlar. Bu səbrə ona görə ehtiyac var ki,ibadətlərin bir qismi tənbəllik səbəbindən çətin görünür - namaz kimi, bəzisi dəhərislik səbəbindən - zəkat kimi. Günahlardanqaşmaq isə çox çətindir və səbiretmədən onları tərk etmək müşkül məsələdir. Məs., şəhvət nə qədər qüvvətli vəonunla günah etmək nə qədər asan olsa da, fəqət həmin günahı etməmək üçün səbir etmək də bir o qədər çətindir. Böyükgünahlardan olan intihar da səbrin olmamasından baş verən bəladır; 2) Öz istəyiilə olmayan hadisələrə səbir etmək. Bu xəstəlik, ailə problemləri, var-dövlətinəldən çıxması, zəlzələ, daşqın, sel, yanğın nəticəsində yaranan duruma bəndənin dözməsidir; 3) Öz istəyi olmasa da məcburiyyət səbəbindən gələn neqativlərə səbir. Bu, insanların əl və dilindən, qərəzli və böhtanxarakterli yazılardan gələn pisliklərəqarşı səbirdir. Belə səbir barədə Peyğəmbər (ə) buyurub: "Bir kimsə sizdənbir şey əsirgəyib sizi ondan məhrum etsə, ona lütf edin. Bir kimsə sizə pisliketsə, ona yaxşılıq edin". Həz. İsa isə buyurub: "Məndən əvvəlkiinsanlar ələ əl, gözə göz, dişə diş ilə qisas alırdılar. Mən bu hökmü pozmuram,lakin sizə vəsiyyət edirəm ki, pisliyin əvəzinipisliklə çıxmayın. Hətta biri sağ üzünüzəvursa, solunuzu da ona təqdim edin".

Burada incə birməqamı qeyd etmək çox vacibdir. Belə ki, "Səbir" sözü Allahu-Təalənin isimləşmiş 99 sifətlərindənbiri olan "Sabur"la eyni kökdəndirvə ondan təşəkkül tapıb. Rəbbimiz bu sifətindənbir zərrə bəndəsinə verib ki, o, dünyəvi işlərində nə tələsmə, nə də gecikləmələrə yolversin. Orta - Islami yol tutsun. Çünki, Allahu-Təalə Sabur ismi ilə birşeyi vaxtı yetişmədən əməli işə keçirmək üçün nə tələsər, nə də gecikər; zamanı gələndəicra edər. Deməli, bəndə də məruz qaldığı pisliklərə səbir edib, adekvat cavabvermədə nə tələsməli, nə də gecikməlidir."Yaxşılığa yaxşılıq hər kişinin, yamanlığa yaxşılıq nər kişininişidir" atalar sözümüz ilə həmahəng olan yuxarıdakı hər iki peyğəmbər kəlamı yaxşılığın təbliği, örnəkliyibaxımından çox dəyərli olsa da, bu məsələdəəsas göstəriş Rəbbimizin : "İntiqam alarkən ifrata varmayın. Sizinlə necərəftar edilibsə, elə rəftar edin. Səbir etsəniz, bu daha xeyirlidir" (Nəhl126) kəlamıdır. Əks halda din və Vətənuğrunda cihad, mücadilə, səy, cəhd,şəhidlik kimi dəyərlər mahiyyətini itirərdi, insana iradə kimi bir cövhər verilməzdi. O ki, qaldı Rəbb kəlamının"səbir etsəniz, bu daha xeyirlidir "hissəsinə, bu, pislik vəzülm edənin zülmə məruz qalanın haqqını qaytarmaqla mümkündür. Bağışlama hüququ haqqıtapdalanandadır, səbir edəndədir...

Qeyd edək ki,özümüzdən asılı olmayan bəla və müsibətlərə (zəlzələ, daşqın, ildırım, yanğın,xəstılik, qəzalar və s.) səbir etməkdənfəzilətli səbir yoxdur. Peyğəmbər (ə)-nin əmisi oğlu İbn Abbasdan gələnrəvayətə görə: "Quranda səbir üç şəkildədir.Biri ibadətə səbirdir. Bu, savabı 300 dərəcə artırır. Biri harama səbir etməkdir.Bu, savabı 600 dərəcə artırır. Biri dəmüsibətlərə səbirdir. Bu isə savabı 900 dərəcə artırır”.

Səbrin keyfiyyətmərtəbələri

Klassik təsnifatagörə səbrin keyfiyyət mərtəbələribunlardır: 1) Səbir lilləh-Allah üçün səbretmə; 2) Səbir billəh- səbrinAllahdan olduğunu bilmək; 3) Səbir ələlləh-"Hər işdə hikmət var" - deyib, Rəbbin cəlal və camalının təcəlliləri qarşısında tələsməmək üçün edilən səbir; 4) Səbir filləh-Allahu yolunda qəhr vəlütfü eyni dərəcədə qarşılamaq üçün edilən səbir; 5) Səbir anilləh - bu,sevgili ilə görüşmək naminə hər çətinliyəsinə gərən həqiqət aşiqlərinin səbridir. Bu mərtəbələr hikmətində Mövlanənin (v.e. 1273) Məsnəvisindənbir nümunə gətirmək yerinə düşərdi: "Buğdanın insana qida və qüvvət, dizlərinə güc, gözlərinənur və yaşamasına əsas ola bilməsi üçün, onun torpağın altına atılması, torpaqdan boylanması, biçilibxırmanda döyülməsi, samandan ayrılıb dəyirmanda üyüdülməsi, evlərdə yoğrulub xəmirhalına gətirilməsi, sobalarda bişirilıməsi, sonra dişlərdə parçalanıb mədəyəgöndərilməsi zəruri şərtdir. Hal belə ikən,insanın da insanlığa yüksəlib bir işə yararlı olması üçün müxtəlif sobalarda yanması, dəfələrlə ələnməsi, ələnibözünü və Rəbbini dərk etməsi çoxvacibdir. Əks halda, o, mələkdən üstün qabiliyyətlərlə təchiz Səbir və sədaqətdərəcələri imtahanlarla bilinir. Hər növ sınaq, imtahan qarşısında Haqq qapısından ayrılmayan və oradaqalmaqda israrlı olub, qapının həraçılıb-bağlanmasında içəriyə boynu bükük boylananlar bu imtahandan üzüağ çıxarlar. Səbrə məhəl qoymadan yol-yönlərini dəyişdirməklə asan,haram sərvət qazananlar isə Allahın səbrini sınağa çəkdikləri üçün buimtahandan kəsilərək Haqq qapısındanqovularlar. Elə isə səbirsizlik üzündən etdiyimiz günahlara görə, Rəbbimizin səbriniqurtuluş hesab edək.