adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Iyul 2021 12:03
23221
MARAQLI

Çənəsi əridi yenisini düzəltdilər

Dişləri olmadığına görə çənə sümüyü əriyib yox olmuş xəstəyə heyvan sümüyündən süni çənə düzəldiblər.

"Tanfer" klinikasının yaydığı xəbərə görə, klinikada ağız və çənə cərrahı olan Nihat Tanferin həyata keçirdiyi əməliyyatda bioqenerasiya adlı üsuldan və "box texnikin" dən istifadə edərək yox olmuş çənənin yerinə tam təbii heyvan sümüyünün bloklarından istifadə edərək yeni bir çənə yığıb. Erol Taktak adlı xəstəyə 4 sm enində və 1.5 sm hündürlüyündə yeni bir çənə sümüyü düzəlib. Nihat Tanfer bildirib ki, bu üsuldan istifadə etməklə bütün çənəni də hazırlamaq mümkündür.

Qeyd edək ki, Erol Taktak əməliyyatdan 4-6 ay sonra implant sayəsində yeni dişlərə qovuşub. Bu texnika vasitəsi ilə, yox olan sümüyün həcminin bərpası, çənəyə implantın yerləşdirilməsinin asanlaşdırılması, sümüyün üç ölçülü bərpa və sağalması, sağalma müddətində çənənin oricinal halının alınması və çənənin estetik-kosmetik cəhətdən bərpası mümkündür.