adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Dekabr 2017 13:03
26967
ƏDƏBİYYAT

Cəmi 6 dəqiqə kitab oxuyun, nəticə sizi heyrətləndirəcək

Mütaliəninbeyni məşq etdirdiyini bilirdik. Amma mütaliə edən insanın fiziki və psixolojivəziyyətində eyni anda müsbət tarazlığın yarandığından çoxumuz xəbərdardeyilik. Həmçinin, cəmi 6 dəqiqəlik kitab oxumaqla fiziki fəallıq sayəsindəqazanılandan daha artıq nəticə əldə etmək olar. Alimlər bildirirlər ki, 6 dəqiqəlikqiraət yarım saatlıq piyada gəzintiyə, 10 dəqiqəlik idman hərəkətlərinə bərabərdir.Bundan başqa, 5-10 dəqiqə arası mütaliə yarım saatlıq klassik musiqi dinləmək qədərbeyin hüceyrələrini tənzimləməyə qadirdir.

Lakin alimlərmütaliə məsələsində ədiblərdən fərqli fikir bildirirlər. İstənilən ədibazyaşlılara proqram əsasında mütaliə tövsiyə edər. Yəni 10 yaşında uşağa LevTolstoy, Viktor Hüqo kimi yazıçıların əsərlərini məsləhət görməzlər. Amma alimlərəksinə, məhz uşaq yaşlarından çətin anladıqları əsərlərə müraciət etməsinin tərəfdarlarıdır.Onların fikrincə, ağır əsərlər uşaq beynini daha çox işlətməyə, anlamaq üçündaha da aktivləşməyə sövq edəcək. Eynilə çətin məsələ həll edirmiş kimi təsirgöstərəcək.

Bundanbaşqa o da məlum olub ki, insan kitabda qoxu, dad, mənzərə ilə bağlı hissələrioxuduqca eynilə həmin qoxunu, dadı duymuş, mənzərəni görmüş kimi həzz alır. Beyinindad, qoxu və görmə funksiyaları yaxşılığa doğru dəyişir. Maraqlıdır ki,televizorda eyni mənzərə, dad və qoxu ilə bağlı verilişlərə baxanda isə əks təsirbaş verir, yəni gördüklərini və hiss etdiklərini reallıqda mənimsəmək olmur.

Şəfiqə ŞƏFA