adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Noyabr 2019 15:38
3769
MƏMLƏKƏT

Cəlilabad gəncləri sosial sahibkarlıqla bağlı maarifləndi

Noyabrın 14-dəCəlilabad rayonunda tədbir keçirib. "Müasir Gənclik və Sosial İnkişaf” İctimaiBirliyi tərəfindən keçirilən tədbir Gənclər Fondunun maliyyə dəstəyi ilə"Sosial sahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı layihə çərçivəsindəreallaşıb. Tədbirdə QHT rəhbərləri və region gəncləri iştirak edib. Tədbirdəçıxış edən İctimai Birliyin sədri Etibar Əsəsdov ölkəmizdə sosial sahibkarlıqlabağlı görülən işlərdən danışıb. Bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyiilə bu sahə üzrə ciddi nailiyyətlər əldə olunub. Keçirilən bu tədbir də gənclərinsosial sahibkarlıqla bağlı ciddi maariflənməsinə yönəlib.

O, layihə barəsindəgeniş məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclərin sosialsahibkarlıq sahəsi üzrə maarifləndirilməsindən ibarətdir. Bu məqsədə çatmaqüçün Gəncə, Şəmkir, Cəlilabad, Masallı, Qusar və Quba rayonlarında tədbirlərkeçiriləcək. O, cümlədən layihə çərçivəsində çap olunmuş "Sosialsahibkarlıq-region gəncləri üçün yeni imkanlar” adlı kitabça da tədbiriştirakçılarına pulsuz paylanacaq.

Təlimçi Asif Ələsgərlisosial sahibkarlıq və onun yaranması tarixindən danışıb. Bildirib ki, sosial sahibkarlıqilk dəfə Banqladeş kimi kasıb bir ölkənin vətəndaşı, Nobel sülh mükafatılaureatı olan Muhamməd Yunus tərəfindən yaradılıb. Sosial sahibkarlığın təsisçisiolan M.Yunus həmçinin "Gramer Bank”-ın təsisçisidir.