adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Noyabr 2019 14:29
17322
ƏDƏBİYYAT

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib

AMEA N.Gəncəvi adına Milli AzərbaycanƏdəbiyyatı Muzeyinin Aran Regional filialında 13 noyabr 2019-cu il tarixdə görkəmli nasir, kiçik hekayənin böyük ustadı, qüdrətlidramaturq, vətəndaş-publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarındanbiri, Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidirealizmin banisi kimi geniş şöhrət qazanmış görkəmli yazıçı və tanınmış ictimaixadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilətədbir keçirilib.

Tədbirin aparıcısı AMEAN.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialınınmüdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yubiley tədbiriniaçaraq görkəmli Azərbaycan yazıçısı və maarifçisi CəlilMəmmədquluzadənin Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist vəpublisist olması ilə barabər həm də böyük dramaturq və nasir kimitanınmasından, dünya publisistikası, dünya satirası tarixininən əlamətdar hadisələrindən biri olan, XX əsrin başlanğıcının əksər mütərəqqi,istedadlı qələm sahibinin əməkdaşlıq etdiyi "Molla Nəsrəddin” toplusundan vəonun təsir dairəsindən danışmışdır.

Tədbirdə Kürdəmirşəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva məruzəedərək Azərbaycanın milli dramaturgiyası tarixində Mirzə Fətəli Axundovdansonra ən layiqli yerlərdən birini tutan Cəlil Məmmədquluzadənin yaradıcılığınınmühüm bir hissəsini təşkil edən dram əsərlərindən, onun pyeslərində yaşadığıdövrün real hadisələrini olduğu kimi təsvir etməsindən, adi ailə-məişətməsələlərini əyani və bədii şəkildə ustalıqla qələmə almasından bəhs etmişdir.



Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığındanməqamları əks etdirən qısa sənədlifilmin nümayişindən sonra söz Kürdəmir şəhər 6 saylı tam orta məktəbin məktəbinşagirdlərinə verilmişdir. Məktəblilər ədibin "Müsəlman”, "Tapmaca”, "Bizimobrazovannılar”, "Sizi deyib gəlmişəm” felyetonlarını, "Nə bilim”, "Şapkanıgörəndə”, "Nağıl”, "Dedilər” satirik şeirlərini söyləmişlər.

Şagirdlərin "Ölülər”, "Anamın kitabı” draməsərlərindən hazırladıqları səhnəciklər tamaşaçıların alqışı iləqarşılanmışdır.



Ədibin ən qiymətli"Ölülər”, "Danabaş kəndinin əhvalatları”, "Poçt qutusu” əsərləri əsasındaçəkilmiş filmlərdən epizodların nümayişi yubiley tədbirini daha darövnəqləndirdi.

Tədbirin sonunda Yaqut Bahadurqızı həmçinin DövlətimizinCəlil Məmmədquluzadə şəxsiyyətinə və yaradıcılığına verdiyi yüksək dəyərivurğulayaraq, ölkə prezidentinin yazıçının 150 illik yubileyinin qeyd edilməsihaqqında sərəncam imzalamasının buna bariz nümunə olmasını qeyd etmişdir.