adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Dekabr 2019 16:46
105267
MÜSAHİBƏ

Cəlil Cavanşir: "Keçmişim yoxdur, gələcəyim olmayacaq" - MÜSAHİBƏ

Bir-iki gün qabaq Cəlil Cavanşirin nə az, nə çox düz 10-cu kitabının təqdimatı baş tutdu. Sakit təbiətli və demək olar ki, tanıyan hər kəsin sevdiyi yazar "Azğın" romanını təqdim etdi.

Gecə kitabı oxumağa başlamışdım. Bu avtobioqrafik roman ilk cümlələrdən mənim diqqətimi çəkdi və içimdə Cəlillə söhbət etmək istəyi yarandı.

İndi hər kəs bir telefon qədər uzaqdı bizə. Tez girdim feysbuka. Gördüm Cəlil Cavanşirin adının qarşısında "yaşıl işıq" yanıb, yəni onlayndı, şəbəkədədi. 

Yazıb hal-əhval tutdum və fikirləşdim ki, elə fürsət bu fürsət, müsahibəlik suallarımı da verim. Başladım Cəlilin mesaj qutusunu suallarla doldurmağa.


– Yeniromanını çap etdirdin. Bu kitabdan nə gözləyirsən?

Mənim oxucusevgisindən başqa qazancım yoxdur. Hər kitabdan sonra yeni-yeni oxucular,dostlar qazanıram. Bu kitabın daha çox oxucu qazanacağını, seviləcəyini,müzakirə ediləcəyini gözləyirəm. "Azğın” romanı ciddi və oxunaqlı əsərdir. Onagörə də, gözləntilərim var. Hərçənd, tənqidçilər birmənalı olaraq mənimyaradıcılığıma diqqət göstərmirlər, amma kitab haqqında qələm adamlarınınyazılarını gözləyirəm. Mən heç bir tənqidçiyə qonaqlıq verməyəcəm, heç birinincibinə pul basa bilməyəcəm. Buna imkanım çatmır. Amma oxumaq istəyən tənqidçiolsa, ona kitabımı hədiyyə edə bilərəm.Açığı, hansısa tənqidçinin yazacağını, diqqət göstərəcəyini gözləmirəm,buna inanmağım gəlmir. Bir daha təkrar edirəm: bu kitab oxucu sevgisi qazansa,mənə kifayət edər.

– Buna kimiyazdığın 9 kitab sənə nə verdi, səndən nə aldı?

İndiyə qədərnəşr edilən kitablarım məni tanıtdırdı, sevdirdi, az da olsa, maddi qazanc gətirdi.Məni tanıdan, sevdirən yazdıqlarım olub. Həyatımın ən gözəl illərini də depressiyada,sıxıntıda, stressdə keçirmişəm. Kitablarım mənim illərimi, sağlamlığımı, gəncliyimialdı. Bəlkə də, başqa bir sahədə populyarlıq qazana, şöhrət, var-dövlət sahibiola bilərdim. Mən israrla yazmağı seçdim. Peşman deyiləm. Artıq kitab mənim həyattərzimdir. Özümü kitablar olmadan, ədəbiyyat olmadan təsəvvür edə bilmirəm.

– Bu bir-ikigündə neçə kitabın satıldı? Oxucularından məmnun qaldın?

Kitab bir həftədirsatışdadır. Satışla mən məşğul olmuram. Statistikanı mağaza və nəşriyyataparır. Hər halda, satışdan razıdırlar. İstənilən halda, mən oxucularımdan,dostlarımdan, kitabsevər insanlardan razıyam. Kitabın təbliğat kampaniyasıdavam edir. Sağlıq olsun, belə sürətlə satılsa "Azğın”ın deputatlığa namizədliyinidə verəcəm. 

– Neçə ildirbu işlərin içindəsən. Nələr dəyişib? Nələr daha yaxşı olub, nələr pis və nələrindəyişməsini istəyərdin?

Bu barədəçox müzakirələrdə olmuşam. Çox şey dəyişib. Mən ilk kitabımı çap etdirəndə 20yaşım vardı və kitabın bütün xərclərini atam ödəmişdi. Kitabı tələbəyoldaşlarıma, dostlarıma pulsuz paylamışdım. İkinci kitabda sponsor tapıldı. Vəondan sonrakı 8 kitabım nəşriyyatların hesabına çap olunub. "Qanun Nəşrlər Evi”2 kitabımı öz hesabına çap edib, ardıcıl 6 kitabım da "Hədəf” və "XAN” nəşrlərindəişıq üzü görüb. Nə qədər gileylənsək də, oxucu marağı günü-gündən artır. Eynizamanda nəşriyyatların şərtləri və keyfiyyəti dəyişir. Müsbətə doğru dəyişikliklərigörməmək mümkün deyil. Mən ədəbiyyat adamlarının kitaba münasibətinin dəyişməsiniistərdim. Bizim qələm adamları öz çevrəsindən, qrupundan olmayanlara yuxarıdanaşağı baxır, kitabını oxumur, münasibət bildirmir, oxuyanda da müdrikcəsinəsusurlar. 50-60 illik dəstəbazlıq ruhu, şarlatanlıq, paxıllıq ədəbi mühitimizdəhələ də dəyişməyib. Mən arzulayırdım ki, bizim "dahi”, "nəhəng”, "möhtəşəm”yazıçılarımız, tənqidçilərimiz mənim də kitablarıma maraq göstərsinlər. Ən azıyeni nə isə öyrənmək, modern ədəbiyyatın sirlərinə bələd olmaq üçün məni oxumalıdırlar.Tənqidçilərimizin diqqətini cəlb etmək üçün nələrdən keçməzdim...Əfsus ki, buadamlar mənə və mənim kimi "qəriblərə” qarşı laqeyddirlər.


Cəlil Cavanşirin mesajlarımı gec açmağa başladığını hiss etdim. Gecə saat iki. Ola bilər də... Bəlkə mənlə paralel bir xanım oxucusu ilə də yazışır. Elə buna işarə edərək sual verdim:

"Qadın” səninyaradıcılığında ən əsas mövzulardan biridi. Bəs bu mövzuda həyatda bəxtin gətirib?

Məncə,yanlış informasiyadır. Mənim yaradıcılığımda qadın əsas mövzu deyil, həyatımdaqadın əsas mövzudur. Yaradıcılığımda qadın mövzüsu 3-cü, 4-cü yerdə gəlir. Mənimüçün maraqlı olan yeganə mövzu insandır, insan psixalogiyasıdır. Həyatımda hərzaman parlaq qadınlar olub: qayğıkeş nənəm, savadlı və dünyagörüşlü anam,savadlı və bacarıqlı həyat yoldaşım, ağıllı, intellektual, uğurlu qadındostlarım, şirin və sevimli qızım... Həttaiş həyatımda da ən gözəl, ən seçilən qadınlarla çalışmışam. Qadın bir kişini nəqədər xoşbəxt edə bilərsə, onun ikiqatı xoşbəxt olmuşam. Həmişə ən gözəl vəunudulmaz qadınlarla sevgili olmuşam. Məni sevən və sevdiyim qadınların hamısıfərqli, seçilən qadınlar olub. Həyatımda heç vaxt təsadüfi münasibətə, qadınaxtarışına ehtiyac olmayıb.

Özümü xoşbəxt hiss etdiyim hər bir ana görəqadınlara borcluyam.

Yazıçı və şair kimi də şanslıyam. Mənim xanımoxucularım, xanım dostlarım da hər zaman seçilir. Qadınlara görə nifrətqazanmışam, qısqanclıq, düşməni münasibət görmüşəm. Mənim qədər çirkin biradamın qadınlar tərəfindən sevilməsi ayrı bir tədqiqatın mövzusudur. Gələcək nəsillərbu mövzunu araşdırmalı, müasirlərim yavaş-yavaş həzm etməyi, qəbul etməyibacarmalıdır.

– Sevdiyinşairlərdən danışmağını istəyərdim. Ümumiyyətlə, səncə, şairlər nəyəsə lazımdıbu dünyada?

İlkheyranlıq duyduğum, məni təəccübləndirən şair Əli Kərim olub. Məhəmməd Hadini,Məmməd Arazı, Eldar Baxışı, Musa Yaqubu, Vaqif Bayatlınlı, Səlim Babullaoğlunu,Xanəmiri, Salam Sarvanı, Aqşin Yeniseyi çox sevirəm. Sadaladığım müəllifləri azqala hər gün mütaliə edirəm. Yeni imzaları izləyirəm, həm də diqqətlə izləyirəm.Bu ilin iyul-sentyabr aylarında 30 müasir şairimizin kitabını oxudum, qeydlərapardım və bu şairlər haqqında kitab yazmağı düşünürəm. 4-5 müəllif haqqındayazım hazırdır və tələsmədən yazmağa davam edirəm. Əksəriyyəti ədəbi tənqidindiqqətini cəlb etməyən gözəl şairlərdir.

İntihar cəhdindənsonra həyatında nə kimi dəyişikliklər oldu? Həyatla bağlı indi nə planlarınvar?

İntihar cəhdimləbağlı heç nə danışmaq istəmirəm. Artıq bu mövzununun unudulmağını istəyirəm.

Plan qurmadan, gələcəyi düşünmədən yaşayıram. Sadəcəövladlarımla bağlı arzularım və istəklərim var. Şəxsi həyatımla bağlı heç nəistəmirəm, sürprizlərə və çətinliklərə hazıram. Heç vaxt ev, bağ, maşın, yenidənailə qurmaq, vəzifə sahibi olmaq, deputat seçilmək arzulamamışam. Kirayədə qalıb, kirayə arzulara qısılıb,kirayə həyat yaşayıb, kirayədə də öləcəyimi hiss edirəm. Mənim keçmişim yoxdur,gələcəyim olmayacaq. Anı yaşayıram və bundan zövq alıram...

– Həyatının hansı anını bir dahayaşamaq istəyərdin?

Keçmişləbağlı heç nəyi yenidən yaşamaq istəmərəm. Heç nəyin həsrətini çəkmirəm.

Son vaxtlar çox narazı görünürsən. İstəyirəmo narazı olduğun məsələlərdən danışasan.

Yox, yox. Nənarazılıq? Gül kimi yaşayırıq da. İslahatlar, yeniliklər, dəyişikliklər... Beləölkədə adam nədən narazı qalmalıdır ki? Dövlət jurnalistlərə, yazıçılara ev, fəxriad verir. Təqaüd, mükafat, yardım, dəstək. Həmkarlarıma baxıram, ürəyim açılır.İki eşşəyin arpasını bölməkdə çətinlik çəkənlərin hamısı gün-güzarınını qurub,xoşbəxt və məsud yaşayırlar. Heç uzağa getməyək, AYB-yə baxanda adamın ürəyiaçılır. Prezident 800 min manat pul ayırdı, tez-bazar yeyib, üstündən də suiçdilər. Jurnalistlərin binasında ikinci evini kirayə verənlər, kirayələrdəoğul evləndirib, qız köçürənlər var. Belə xırda şeylərə görə niyə narahat olum,niyə narazılıq edim? Televiziyalarımız, mətbuatımız gündən-günə batıb gedir, mənniyə narazı qalım? Kitab mağazalarının bağlanmağı məni niyə narahat etməlidir?Ümumiyyətlə, Azərbaycanda yaşayan insan niyə narazı olmalıdır? Sosial problemlər,siyasi böhran, aclıq, işsizlik, kasıblıq boş şeydir. Yəni mən narazı deyiləm.


Elə söhbətin bu məqamında bilmirəm nə olur, meqabaytı bitir, ya şəbəkədə problem yaranır, birdən Cəlil Cavanşirin  adının qarşısında olan, online olduğunu göstərən "yaşıl işıq" sönür və söhbətimiz yarımçıq qalır.


Söhbətləşdi: Ulucay Akif