Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı - YENİLƏNİB

Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
Adalet.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.
Bu mərhələdə şəhərə 40 ailə - 200 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Adalet.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Digər Xəbərlər
29 Oktyabr 2025 11:59 Leyla və Arzu Əliyevalar Axar-Baxar Milli Parkının açılış mərasimində - FOTOLAR
29 Oktyabr 2025 09:46 "Bu təhlükə ilə üzləşdikdə dərhal yüksəkliyə qalxın" - Əhaliyə xəbərdarlıq
29 Oktyabr 2025 09:16 Polis “Təmiz hava” aylığı ilə əlaqədar tədbir keçirdi - VİDEO
28 Oktyabr 2025 18:39 İlham Əliyev Zəngilanda kəndlərin açılışında iştirak etdi - FOTOLAR
28 Oktyabr 2025 16:18 “Təhsilsiz qızlar daha yüksək erkən nikah riski daşıyırlar”
28 Oktyabr 2025 16:06 İlham Əliyev Horovlu sakinlərinə mənzillərin açarlarını təqdim etdi - FOTOLAR
28 Oktyabr 2025 15:51 Prezident avtomobil yolunun açılışında - FOTOLAR
28 Oktyabr 2025 12:34 

Bakı -°C 






