adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Iyul 2020 17:26
12147
SİYASƏT

Cəbhə xəttində son günlərdə baş verən hadisələrlə bağlı Aydınlar partiyasının Bəyanatı

Azərbaycan-Ermənistan sərhəddindəson günlər hərbi və mülki itkilərlə müşaiyət olunan hadisələr ölkədə fəaliyyətgöstərən bütün vətənpərvər qüvvələr kimi bizi də narahat edir. Artıq döyüşlərinDağlıq Qarabağdan kənarda getdiyinə xüsusi diqqət yetiririk.

Azərbaycanın ərazi bütövlüyü və Qərb sərhədlərinə çıxışlar təhdid altındadır.Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və konvensiyalarınınmüddəalarını kobud şəkildə pozaraq, Azərbaycan dövlət sərhəddini keçməyə cəhdgöstərir. Bu, artıq bir qrup separatçının Qarabağda qiyamı deyil, Azərbaycana qarşı başqa dövləttərəfindən müharibənin elan edilməsidir. 

Təəssüflə qeyd edirik ki, danışıqlarda vasitəçi olan ATƏT-in Minsk Qrupu hadisələrəseyrçi qalır və Ermənistanın açıq işğalçılıq siyasətinə hüquqi qiymət vermir.

Düşünürük ki, bu amili və son 28ildə vasitəçilərin səmərəsiz fəaliyyətlərininəzərə alaraq, 
Azərbaycan ATƏT –in Minsk qrupunun vasitəçilik missiyasından imtina etməlidir.

Beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına görə, ölkənin öz ərazibütövlüyünü təmin etmək hüququ var.

Aydinlar partiyası olaraq, Azərbaycanın siyasirəhbərliyini bu hüquqdan istifadə etməyə çağırırıq.

Hesab edirik ki, vətənimiz üçünbu ağır gündə bütün şəxsi və qrup maraqları arxa plana keçirilməli, yalnız ərazibütövlüyümüz məsələsi önə çəkilməlidir.

Biz müxalifət partiyasıolmağımıza baxmayaraq, bu çətin günlərdə hər kəsi vahid mərkəzdə birləşməyə və hamını Ali Baş Komandanın müharibə ilə bağlıverdiyi bütün qərarlara anlayışla yanaşmağa çağırırıq.

Bununla belə, hesab edirik ki,ölkənini ərazi bütövlüyünün qorunması naminə parlamentin fövqəladə qapalısessiyası keçirilməli, burada sərhədlərimizdə baş verən real vəziyyət barədə məlumatverilməli, və Vətənimizin bütövlüyü naminə mümkün fəsadları proqnozlaşdırmaqla,ən qətiyyətli qərarlar qəbul edilməlidir.

Ölkəmizə qarşıfaktiki olaraq müharibə elan edilməsinin nəzərə alaraq, ölkədə hərbi vəziyyət vəhərbi səfərbərliyin elan olunmasını tələb edirik!

Eyni zamanda Aydınlar partiyasıölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar, ictimai təşkilatlar vəmediaya müraciət edərək, hamını Vətən naminə birləşməyə çağırır!

Aydınlar partiyası ölkədə fəaliyyətgöstərən səfirliklərə və xarici təşkilatların nümayəndəliklərinə müraciət edərək,Ermənistanın işğalçılıq siyasətini və Azərbaycanın dövlət sərhədlərini ələkeçirmək cəhdlərini pisləməyə çağırır!

Müharibə zamanı şəhid olan hərbiçilərvə mülki şəxslərə Allahdan rəhmət diləyir, ailələrinə baş sağlığı veririk. 

Vətən sağ olsun!

Əminik ki, Azərbaycan torpaqlarıuğrunda şəhid olanların qisası alınacaq!