adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Yanvar 2022 10:43
720
ƏDƏBİYYAT

Cavid Qurbanov atasına şeir YAZDI

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, sabiq millət vəkili Cavid Qurbanov bu yaxınlarda dünyasını dəyişmiş atası Qənbər Şəmşiroğlu (Qurbanov) haqqında şeir yazıb.

Adalet.az Cavid Qurbanovun atasının yoxluğuna həsr etdiyi “Ay ata” şeirini təqdim edir:

 

Sən olanda arxalı bir dağ idim

Qaldım sənsiz atasızam, ay ata.

İndən belə sənsizliyin dadını

Səhər – axşam dadasıyam, ay ata.

Biz dost idik, ata oğul ikimiz

El yüküydü, ağır idi yükümüz

Cüt olanda gur çıxardı səsimiz

Tək qalmışam susasıyam, ay ata.

Ataların yaşı olmur övladçün

Atasından qanad alar həyatçün

Çətin olsa məsləhətçün, imdadçün

Baş daşından tutasıyam, ay ata.

Yaşadacam gözlərinin nurunu

Qoruyacam ocağının qorunu

Bu həyatda sən qoyduğun yolunu

Ömür yolum biləsiyəm, ay ata.

 

Qeyd edək ki, Qənbər Qurbanov Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü idi.

 

Bundan başqa, Q.Qurbanov uzun illər icra strukturlarında bir sıra vəzifələrdə çalışmışdı.