adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 May 2020 07:00
65012
ƏDƏBİYYAT

CAVİD QƏMBƏROĞLU: Dağlar yetimləyib təpələndilər













Getditorpağımız, getdi yurdumuz,

Vətənsözünün də ləzzəti getdi.

Yaşmaqlaryox oldu, həyalar itdi,

İzzətliolmağın ləzzəti getdi.

Dağlaryetimləyib təpələndilər,

Dalğalarbölünüb ləpələndilər.

Kişilərkiçilib gədələndilər,

Kişiliksözünün ləzzəti getdi.

Yamandolaşıbdı halı dünyanın,

Ucuzdanucuzdu malıdünyanın.

Aydanqısa olub ili dünyanın,

Vaxtın-vədənində ləzzəti getdi.

Aşiqsən,eşqinə bax pəncərədən,

Özünüodlara yax pəncərədən.

Öpüşpəncərədən, ax pəncərədən,

Sevib-sevilmənin ləzzəti getdi.