Çar Rusiyasında ilk SES: Qalakənd 141, Cənubi Qafqazın ən böyük SES-i Mingəçevir 70 yaşında
Bu gün - 10 yanvar Azərbaycanda önəmli bir hadisənin ildönümüdür. Bəlkə də bir çox soydaşlarımızın bu hadisə ilə bağlı geniş məlumatları yoxdu.
Adalet.az xəbər verir ki, Cənubi Qafqazda və Azərbaycanda ən böyük SES-i Mingəçevir Su Elektrik Stansiyası 1954-cü ilin 10 yanvarında işə salınıb.Stansiyanın tikintisinə 1945-ci ildə başlanılsa da, 1953-cü ildə ilk hidroaqreqat əldə olundu. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başladı.
Rəsmi məlumatlarda deyilir ki, su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulub. Su anbarının qidalanmasında Kür, Alazan, İori və Gəncəçaydan gələn su axınından istifadə edilir. Anbarın ərazisinə Mingəçevir, Yevlax, Samux və Gəncənin bir hissəsi daxildir.
Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1945-cı ildən sonra 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının-postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına toplaşıb.
Anbardan 172 km uzunluğundakı Yuxarı Qarabağ kanalı və 123 km uzunluğundakı Yuxarı Şirvan kanalı su götürür. Mil, Muğan və Şirvan düzlərindəki ərazilərin suvarılmasında, eyni zamanda əhalinin elektrik enerjisi ilə təminatında xüsusi rolu olan Mingəçevir su anbarı aktiv seysmik obyekt kimi qiymətləndirilir. Belə ki, mütəxəssislər Mingəçevir hövzəsinin altında zəlzələ ocaqları yerləşdiyindən hövzədə suyun miqdarı artdıqca, onun seysmik fəallığının da artdığını vurğulayırlar. Xüsusilə Mingəçevir ərazisində zaman-zaman yeraltı təkanların olmasını nəzərə alsaq, su anbarını ciddi təhdid mənbəyi hesab etmək olar. Qeyd edək ki, yaz aylarında Mingəçevir su anbarındakı seysmiklik artır.
Lakin su anbarı kifayət qədər yüksək seysmik dayanıqlığa dözümlü konstruksiya ilə inşa edilib. Mingəçevirin özü 8 ballıq seysmik zonaya düşür. Anbarın maksimum yükgötürmə qabiliyyəti 18 milyard tondur. Azərbaycanın həm içməli su, həm enerji, həm suvarma, həm də çay sularının idarə olunmasında Mingəçevir su anbarı çox böyük əhəmiyyətə malikdir.
Ölkə başçısı İlham Əliyev 2018-ci il 27 fevral tarixində "Mingəçevir" su elektrik stansiyasının yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak etdi. Yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzləndi. Bunun nəticəsində isə imkan gücü 284 MVt olan stansiyanın istehsal gücü artırılaraq 424 MVt-a çatdırıldı.
Məlumat üçün bildirək ki, ölkəmizdə fəaliyyət göstərən Su Elektrik stansiyalarının sayı 14-dür. Onlardan 5-i kiçik SES-lər olsa da, digərləri ölkənin enerji ilə təmin edilməsində əhəmiyyətli rol oynayır. Bunlardan Arpaçay-1, Arpaçay-2 Su Elektrik Stansiyaları, Biləv Su Elektrik Stansiyası, Füzuli Su Elektrik Stansiyası, Mingəçevir Su Elektrik Stansiyası, Taxtakörpü Su Elektrik Stansiyası, Varvara Su Elektrik Stansiyası, Yenikənd Su Elektrik Stansiyası, Şəmkir Su Elektrik Stansiyası, Şəmkirçay Su Elektrik Stansiyaları böyük, Vayxır, Göyçay, İsmayıllı-1, İsmayıllı-2, Balakən-1 isə kiçik Kiçik Su Elektrik Stansiyaları adlanır. Bundan başqa, Tərtər çayının üzərində tikilmiş Sərsəng SES 1976-cı ildə istismara verilsə də,30 il erməni işğalında olub
Qeyd edək ki, Azərbaycanda ilk su elektrik stansiyası 1883 - cü ildə və ilk 29 km-lik dəmir yolu 1879 - cu ildə Gədəbəydə tikilib. XIX əsrin ortalarında Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edildi və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikildi. Daha sonra həmin zavod Almaniyanın "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən quruldu. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikdirilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkildi. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etdi. Bu gün də həmin yol ilə bağlı salınmış körpülər tarixi abidə kimi qalmaqdadır.
1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikildi, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridildi. Bu zaman Avopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi.
Oxucularımız üçün onu da qeyd edim ki, 10 yanvar dünyanın bir çox yerlərində də “ilk”lərə imza atılıb. Məsələn, 1514 –cü ildə İlk çoxdilli nəşr sayılan “Complutenic Polyglotta” İspaniyada çap olunub. 1863 –cü ilin bu günü Londonda dünyada ilk metro xətti (3,6 km) istifadəyə verilib. Həmçinin 1944 –cü ildə Nuri Demirağın fabrikində istehsal edilən Türk sərnişin təyyarəsinin ilk uçuş sınağı Yeşilköydə edilib. 1954 –cü ildə isə dünyanın ilk reaktiv sərnişin təyyarəsinin Elba adası yaxınlığında qəzaya uğraması nəticəsində 35 nəfər həlak olub. 1962 –ci ildə isə tarixdəki ən böyük uçqun fəlakəti Peruda baş verib.Qar və buz kütləsinin həcmi təqribən 3 milyon kubmetr olub, hərəkətin sonunda isə 10 milyon kubmetrə çatıb. Qar uçqunu 7 dəqiqə ərzində Ranrairka şəhərini, altı kiçik yaşayış məntəqəsini yer üzündən silib, daha üç yaşayış məntəqəsini qismən dağıdıb. Qurbanların dəqiq sayı məlum deyil. Təxmini hesablamalara görə, 4 min insan və 10 min baş ev heyvanı tələf olub.Digər maraqlı hadisələrin xronikası isə belədir.
1979 – İran şahı Rza Pəhləvi ölkəsini tərk edərək ailəsi ilə birlikdə Misirin Asvan şəhərinə gedib.
1980 – Erməni terrorçuları Tehranda Türkiyə aviaşirkətinin bürosunun qarşısında partlayış törədib.
1982 – Böyük Britaniyada tarixdə ən aşağı temperatur: -27,2°C. Bundan əvvəl eyni temperatur 11 fevral 1895-ci ildə olub.
1983 – Türk Hava Yollarının Afyon təyyarəsi Ankarada qəzaya uğrayıb, 47 sərnişin ölüb.
1984 – Sofiya yaxınlığında Tu-134 təyyarəsinin qəzaya uğraması nəticəsində 50 nəfər ölüb.
1984 – Türkiyədə abort qanuniləşdirilib.
1984 – ABŞ və Vatikan arasında 100 ildən çox fasilədən sonra diplomatik əlaqələr bərpa olunub.
1988 – Xaricdə nəşr olunan 440 nəşrin Türkiyəyə girişi qadağan edilib.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C


jpg-1704874366.jpg)

