adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Avqust 2019 09:00
25609
SİYASƏT

CAN AY MÜBARİZ ƏHMƏDOĞLU, ƏJDAHASAN, QARDAŞ

Dünən televizyonda Mübariz Əhmədoğlununmətbuat konfransını göstərirdilər. Çoxdandı görsənmirdi, Paşinyanı yaş yuyubquru sərdi, soxdu stolun altına çıxarmadı. Ləzzət elədi.

70-ci illərdə Kukla Teatrının yanındakı «Sahil» çayxanasına bir hərbçipolkovnik gəlirdi. İstefada olmasınabaxmayaraq, formada gəzərdi. Və çox mənasızda söhbətlər edərdi – müharibədən, Hitlerdən.Həddən də artıq savadsız idi.

Bir dəfə çayçı həmin polkovnikə dedi:

- Sən hər cümə axşamı Hitlerə Quranoxudursanmı?

Bizlər də, polkovnik də çaşdıq.

Polkovnik:

- Nədən ötrü?

- Müharibə olmasaydı polkovnik olmazdın, hansısa dağda qoyun otarırdın.

İndi Paşinyan Qarabağda o məlum bəyanatıverməsəydi, Mübariz Əhmədoğlunu görməyəcəkdik.

Mejduproçim, həmin gün cümə axşamıydı.