adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 May 2019 10:20
11191
ƏDƏBİYYAT

Cahangir Hüseynovun kitablarının müzakirəsi olub

AzərbaycanYazıçılar Birliyinin "Natəvan” klubunda Cagangir Hüseynovun  kitablarının müzakirəsi olub.

Adalet.az-ın verdiyi məlumata görə, 14 may tarixindəbaş tutan tədbirdə Cahangir Hüseynovun dörd kitabının təqdimat və müzakirəsi  baş tutub.

Tədbirinəvvəlində bütün qonaqları salamlayan müəllif kitabları haqqında məlumatverib.  "Ömrdən anlar: xidməti və siyasifəaliyyətim”, "Azərbaycan Nadir Əfşar dövləti”, "Fikir və düşüncələrim” və"Fikir, düşüncələrim və fərziyyələrim” kitabları haqqında qısa məlumat verən müəllifaçılış üçün sözü Hacı Rasimə verib.

HacıRasim hər kəsi müqəddəs Ramazan ayının gəlişi münasibətilə hər kəsi təbrikedib, daha sonra müəllifin inancının da əsərlərində öz təzahürünü tapdığınıdeyib.

Dahasonra söz tədbirin aparıcısı akademik, Milli Məclisin üzvü Nizami Cəfərovaverilib. Bu cür əsərlərin ictimai şüurun formalaşmasında önəmli rol oynadığınıdeyən akademik ədəbi-tənqid məsələlərinə də toxunub.

Dahasonra professor İzzət Rüstəmov, yazıçı Sayman Aruz, Etibar Məmmədov, YunisOğuz,  Eldar Əmirov, Novruz Mehdiyev vədigər çıxış edən tədbir iştirakçıları əsərlərin məziyyətlərindən danışıblar.

Tədbirdə"Ədalət” qəzetinin baş redaktor müavini Məzahir Əhmədzadə də iştirak edib.Uşaqlıq və tələbəlik illərini Cahangir Hüseynov ilə birgə keçirən Məzahir Əhmədzadəhəm müəllif, həm də əsərləri haqqında fikirlərini bölüşüb.

 

UlucayAkif